Sosial
Müşfiq Ələsgərli bəzi məmurlara səsləndi: “Bəlkə səhvlərinizi anlayasınız”
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli son zamanlar bəzi məmurlar tərəfindən jurnalistlərə qarşı təzyiqlərdən narahat olduğunu bildirib. O, öz facebook hesabında həmin məmurları media nümayəndələrinə qarşı nəzakətli olmağa dəvət edib.
Səhiyyə Nazirliyi: "Həkimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar hazırlanır"
"Həkimlərin sertifikasiya prinsipləri dəyişdiriləcək". Bunu Tibbi turizm üzrə alman - Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib.
Azərbaycanda məktəbdə şagird öldürülüb? - ŞOK İDDİALAR
Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.
Mənzillərə çıxarış bir günə veriləcək
Zərdabda 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur
Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Birinci Alıcanlı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
VI Könüllülük Proqramına start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən VI Könüllülük Proqramı çərçivəsində 25 nəfər könüllü fəaliyyətə başlayıb. “OLAYLAR” xəbər verir ki, VI Könüllülük Proqramında iştirak etmək üçün 100-ə yaxın könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 54 nəfər müsahibəyə çağırılıb və 25 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 25 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrində fəaliyyətə başlayıb.
Səhiyyə Nazirliyi Azərbaycanda orta həyat ömrünü açıqlayıb
Azərbaycanda orta həyat ömrü 75,2 ildir. Bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirib.
Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Quşların səbəb olduğu təyyarə qəzaları
Qaraciyəri təmizləyən SUPER QARIŞIM
Ölkədə hansı rayon əhalisinin pulu daha çoxdur?
Günün qoroskopu: gərəkli anlarda yaxşı reaksiya tələb olunur
Bu gün Azərbaycanda "SÜKUT GÜNÜ" elan olundu
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başa çatır və ölkədə “sükut günü” elan edilir. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Rektor gənc alim və mütəxəssislərlə görüşdü
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb. Universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb. Rektor artıq iki ildir ki, Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradıldığını deyərək doktorantlara bu bazadan istifadə etməyi məsləhət görüb.
Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans
Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Açılış mərasimindən öncə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla başda olmaqla, universtitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar universitetin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər güllər qoyulub.




.jpg)









