Sosial
Goranboyda AĞIR QƏZA : 2 ölü, 3 yaralı
Brüssellyoz nadir hallarda bir insandan digərinə keçir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi ilə bağlı araşdırma məqalə hazırlayıb. Məqalədə qeyd olunur ki, süd və süd məhsullarında bir sıra zərərverici və xəstəliktörədən bakteriyalar qrupuna aid olan Acinetobacter spp., Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E. coli geniş yayılıb.
Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin mərkəzi oxundan 420 m məsafədə ictimai binaların tikintisi qadağan edilib
Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərinin mərkəzi oxundan 420 m məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən hündür yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilib. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.
Ərə getməyin namuslu forması: Eşq, yoxsa bəkarət?..
Yenə üzümdə makiyajdan maska, əynimdə illərlə dolabımda gizlədəcəyim təmtəraqlı libas xalqımın ən qəribə adətlərindən birini yaşatmaq üçün şadlıq sarayına gəlmişəm. Hələ məclis başlamayıb, başımın müxtəlif nöqtələrində gizlətdiyim ehtiyat gözlərimlə ətrafdakıları süzürəm. Fikrim bəlkə də sadəcə bu toy üçün saçına qara rəng qoyub, özünə əl gəzdirən ağbirçəyə sataşır.
Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək
2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək. Bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
Parklanma yerləri ləğv olunur?
"Parklanma yerləri ilə bağlı dezinformasiya yayılmaqdadır. Guya parkomatlar ləğv olunur və s... Belə deyil və ola da bilməz". Bunu yol-hərəkət məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.
Azərbaycanda bir saatda 16 körpə doğulub
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü
11 aprel Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Təhlükəsiz əmək şəraiti əmək məhsuldarlığının artmasına imkan yaradır
İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqları vardır və təcrübə göstərir ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan verir. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai rayonunda təşkil etdiyi “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 10,50 faiz artım qeydə alınıb
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar kursunun uğurlu nəticələri, xüsusilə qeyri-neft iqtisadiyyatında ardıcıl artım tempinin özünü göstərməsi respublikamızın müasir standartlara cavab verən və vahid prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sisteminin inkişafı istiqamətində də növbəti nailiyyətlərin əldə olunması ilə müşahidə olunur. 2018-ci ilin birinci rübündə də bu müsbət tendensiya davam edib.
DİN gücləndirilmiş iş rejiminə keçib
Daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. "Olaylar” xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşları Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində çalışacaq.
Azərbaycanda beynəlxalq sərgi keçiriləcək
İyunun 11-13-də Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi – “TransCaspian/Translogistica 2018” keçiriləcək. “Iteca Caspian”dan verilən məlumata görə, sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir.
“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 56 465 istehlakçıya xidmət edib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin birinci rübündə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Müəllim və valideynlərin qəbulu keçiriləcək
Aprelin 13-də paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Azərbaycan əhalisinin sayı artıb - Son statistik rəqəm
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə görə 9 911 472 nəfərə çatıb. Məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub.














