“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 56 465 istehlakçıya xidmət edib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin birinci rübündə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
10 Aprel 2018 12:18 SosialSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2018-ci ilin birinci rübündə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. İstehsalat Birliyindən "OLAYLAR"-a bildirilib ki, yanvar - mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal", 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə və "ASAN səyyar" xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba,Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 56 465 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.