Sosial
Güclü geomaqnit qasırğası gözlənilir
Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşması olacaq. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin daha da artacaq.
Külli miqdarda bəyan olunmamış mallar aşkar edilib
Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasının qarşısı alınıb. Komitədən “Olaylar”a verilən məlumata görə, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılır.
Göldə batan şəxsin cəsədi taplıb
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 03.04.2018-ci il tarixində göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda tanınmış həkim vəfat etdi
Sumqayıt səhiyyəsinə ağır itki üz verib. Məlumata görə, tanınmış həkim Famil Əhmədov ötən gün 63 yaşında dünyasını dəyişib. Mərhumun uzun müddətdir ki, xroniki xəstəliklərdən əziyyət çəkdiyi deyilir.
O toyda Rövşən Lənkəranski də var idi... - 18 il əvvəlin VİDEOSU
2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Rövşən Lənkəranskinin yeni görüntüləri yayılıb. Rövşən Canıyev Lənkəranda keçirilən toyların birində iştirak edir.
Azərbaycan dövləti regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi islahat müsbət nəticəsini verməkdədir. Demək olar ki, respublikanın əksər rayonlarında iqtisadi inkişafa nail olunub. Xüsusən, regionlarda kənd təsərrüfatı sahəsinin dinamik inkişafı təmin edilib. Sadalanan faktlar ölkədə qeyri-neft sektorunun sürətli inkişafına təkan verib.
Bakıda ən ucuz taksi hansıdır? - QİYMƏTLƏR
Taksi xidməti son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda ən sürətlə inkişaf edən biznes sahəsidir. Paytaxtda demək olar ki, hər ay yeni bir taksi xidməti yaradılır. İlk baxışdan bu proses sadə görünür - qısa nömrə almaq, ofis tutmaq, sifarişlərin qəbulu və əlaqələndirilməsi üçün bir neçə operator işə qəbul etmək və bir xeyli taksi sürücüsü ilə əməkaşlıq etmək.
Erməni saxtakarlığının tarixi faktlarla ifşası
Ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etməkdədir. Etiraf edilməlidir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər idarəçiliyin çevikliyini artırmaqla yanaşı, onun keyfiyətinin də yüksəlməsini təmin edir. Elə bu səbədən də ölkədə əqli mülkiyyət hüququnun təmin edilməsi məqsədilə Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb.
Tağı İbrahimov haqqında çıxan xəbərlərə AÇIQLAMA VERDİ
ATV nin keçmiş prezidenti Tağı İbrahimov Bodrumda çılpaqlar-nudist çimərliyi açması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi. Olaylar.az – açıqlama verən keçmiş prezident xəbərlərin kim tərəfindən sifarişlə yayımlandığını bildiyini qeyd etdi. “ Bu yazı təbii ki, sifarişlə yazılıb. Yəqin mən həmin adamın həyat yoldaşını, qızını qeyd olunan çimərliyə dəvət etmişəm ki, o haqqımda belə yalan xəbərləri yayır.
Tərs və inadkar
İnsan həyatını seçimlər üzərində qurur. Nəyi seçiriksə, onu da yaşayırıq. Seçim etmək üçün isə müəyyən qədər tərs və inadkar olmağa ehtiyacımız var. Buna görə də tərslik və inadkarlıq insan xarakterinin ayrılmaz bir parçasıdır. Bəzi insanlar bu iki xarakteri biri-birindən ayırd edə bilmir.
Ömrümün Qarabağ səhifəsi
Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü - Dəhşətli ailə dramı
Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub.
ATV-dən qovulan aparıcı Turan İbrahimov ölkəni tərk edib?
Tanınmış aparıcı Turan İbrahimovun yeni görüntüləri yayılıb. Bir müddət öncə ATV-dən qovulan qalmaqallı aparıcı Turan İbrahimovun sosial şəbəkədə yeni fotosu yayılıb. Aparıcı Rusiyanın Moskva şəhərinə gedib.
Azərbaycanlı seçici “Ginnesin Rekordlar Kitabı”na düşə bilər
Çərşənbə günü, bir neçə nüfuzlu dünya KİV Yaponiya vətəndaşı Masadzo Nonakanı (112 yaş 259 gün) dünyanın ən yaşlı kişisi kimi tanınması barədə məqalə yazıb. Bu barədə "Ginnesin Rekordlar Kitabı”nın rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, respublika ərazisində 1900-cü il təvəllüdlü kişi yaşayır. "Ölkə ərazisində ən yaşlı kişi seçici 118 yaşlı Qurbanov Səftər Həsən oğlu - Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək”, - deyə məlumatda bildirilir. Səftər Qurbanov dünyanın ən yaşlı kişisi kimi tanınan Masadzo Nonakadan yaşlıdır.








.jpg)





