Sosial

Qeyri-adi rəngləri olan 7 heyvan

10 Aprel 2018 19:30

Heyvanlar aləminin nə qədər zəngin olduğuna bələdik. Lakin bu heyvanları gördükdən sonra, nə qədər rəngli olduğunada bələd olacaqsınız.

Ana ətri körpə üçün əvəzolunmazdır...

10 Aprel 2018 19:20

Statistikaya görə, passiv həyat sürənlər gün ərzində 18 min, fəal həyat sürənlər isə 23 min dəfə nəfəs alır və hər dəfə nəfəs alınanda müxtəlif iylər duyulur. Lakin elə xüsusi qoxu var ki, onu yalnız körpələr hiss edir. Ana və övladı bir-birinə məhz belə bir qoxu bağlayır.

Şirniyyat böhranına necə mane olmaq olar?

10 Aprel 2018 18:40

Şirniyyat böhranının qarşısı necə alınar, bu böhranı necə keçər və onunla baş etmənin yolları haqqında bir çox sual bütün insanlar tərəfindən davamlı sorğulanır. “Şirniyyat böhranı anında nələr edilə bilər?” şəklində bir çox suala mütəxəssislər müəyyən təkliflərirəli sürüb. Həmin təkliflərdən bir neçəsi ilə tanış olun:

Gündə 1 kivi yesəniz, orqanizmdə nə baş verəcək? - İNANILMAZ NƏTİCƏLƏR

10 Aprel 2018 18:30

Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil. İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir. Və çox nahaq yerə, çünki bu məhsul orqanizm üçün faydalı xassələrlə zəngindir.

Bakıda binanın bütün sakinləri eyvandan bayraq asıb - Foto

10 Aprel 2018 18:07

Bakıda yaşayış binalarından birinin sakinləri sabahkı prezident seçkilərinə yüksək əhval-ruhiyyədə hazılaşır. Səbail rayonu, Bünyad Sərdarov küçəsi 22 ünvanının sakinləri eyvandan bayraq asıblar.

İsmayıllıda 14 km uzunluğunda avtomobil yolu inşa edilir

10 Aprel 2018 17:35

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsini həyata keçirəcək.  Agentlikdən “OLAYLAR”-a bildirilib ki, sözügedən layihərə uyğun olaraq artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə start verilib. Bu cür yollardan bir-neçəsi İsmayıllı rayonunda yerləşir.  Bura respublika və yerli əhəmiyyətli yolar daxıldır. Yolların uzunluqları 54 km təşkil edir və 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir.

“Bakı EXPO 2025” layihəsinin təqdimatı keçirilib

10 Aprel 2018 16:22

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Bakı EXPO 2025” Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində  “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “EXPO 2025” Ümumdünya Sərgisi haqqında təqdimat ediblər.

Mübariz Qurbanlı indoneziyalı jurnalisti qəbul edib

10 Aprel 2018 16:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 10-da İndoneziyanın “Trans 7” telekanalının prodüseri Nadria Fitrianı qəbul edib. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycanda olan dini tolerantlıq mühiti, milli-mənəvi dəyərlərə qayğı və dövlətin bu istiqamətdə yürütdüyü siyasət barədə sualları cavablandırıb.

Bəhreyn Krallığının xarici işlər nazirinin müavini SAM-da olub

10 Aprel 2018 16:09

Bəhreyn Krallığı xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə Azərbaycana iki günlük səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub.

Masallının daha bir kəndinə ilk dəfə təbii qaz verilib

10 Aprel 2018 16:09

Masallı rayonunun Qodman kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azərqiqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki,  bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.  Bildirilmişdir ki, 297 abonenti kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu  1 242  metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 792 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yunanıstan səfiri Bilik Fondunda

10 Aprel 2018 16:07

Aprelin 10-da Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolaos D.Kanellos Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin yunanşünaslıq ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. İcraçı direktor beynəlxalq layihələrdən söz açaraq, xarici ölkə səfirləri, nümayəndələri ilə Bilik Fondunda keçirilən işgüzar görüşlərin ənənəyə çevrildiyini vurğulayıb.

ETSN: "Abşeronda subasmaların aktivləşməsi torpaqların şoranlaşmasına səbəb olub"

10 Aprel 2018 16:03

“Bilgəh qəsəbəsi 28 may küçəsində və ətraf ərazilərdə subasma sahələrində aktivlik müşahidə olunur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Əməkdar artist sosial şəbəkələrin bağlanması istəyir

10 Aprel 2018 16:01

Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda sosial şəbəkələrin bağlanmasını istəyir. Müğənni bu barədə sosial şəbəkə hesabında yazıb.