Qeyri-adi rəngləri olan 7 heyvan

Heyvanlar aləminin nə qədər zəngin olduğuna bələdik. Lakin bu heyvanları gördükdən sonra, nə qədər rəngli olduğunada bələd olacaqsınız.

Heyvanlar aləminin nə qədər zəngin olduğuna bələdik. Lakin bu heyvanları gördükdən sonra, nə qədər rəngli olduğunada bələd olacaqsınız.

1. Mavi it

İlk dəfə Hindistanda görülən bu it, sadəcə bir küçə itidir. Bu rəngdə olma səbəbini isə kimyəvi tullantılarını dərəyə tökən fabrik göstərilir. Çünki bu tullantılar dərədə üzən itlərin rəngini dəyişməsinə səbəb olur. Lakin bu tam olraq təsdiqlənməyib. Çünki başqa suda üzdükləri vaxt da rəngləri mavi olaraq qalır. 

2. Çəhrayı delfin

Bu Amazon çayı delfininin rəngi, parlaq çəhrayı rəngdən, qəhvəyi rənginə, boz, mavi-boz rəngdən krem ağ rəngə qədər dəyişiklik göstərə bilər. Gözləri kiçik olmasına baxmayaraq olduqca yaxşı görə bilirlər, ancaq çölə çıxıq yanaqları səbəbiylə aşağını çox yaxşı görə bilməzlər. Çəhrayı rəngdə olmasının səbəbi isə mutasiya deyil, növlərinin bu cür olmasıdır. Lakin çox ovlandığı üçün nəsli tükənmək üzrədir.

3. Axal-təkə atı

Axal-təkə ensiz bədənli, incə sümüklü atdır. Rəngi qızılı-kürən, kəhər və quladır. Axal-təkə dünyada əhliləşdirilmiş ilk at hesab edilir. Əfsanələrə görə təkbuynuzlu atlar, bu atların əcdadır.

4. Ağ rəngli tovuz quşu

Gözəl görünüşü ilə heyran qoyan bu tovuzquşunun ağ rəngdə olmasının səbəbi albinizm xəstəliyidir. Orqanizmasında rəng piqmentləri olmadığı üçün yalnızca ağ rəngdədir.

5. Qara toyuq

İndoneziya meşələrində yaşayan bu toyuqlar "Ayam Cemani" növünə məxsusdurlar. Maraqlı cəhətləri isə təkcə lələklərinin deyil, daxili orqanlarınında qara rəngdə olmasıdır. Yumurtası sarı olan bu toyuğun qiyməti 2000 - 3000 dollar dəyərində dəyişir.

6. Bənövşəyi ayı

Argentina zooparklarından birində saxlanılan bu ayı, dəri xəstəliyinə tutulur və sağalması üçün baytarlar tərəfindən dərmanlar verildikdən bir gün sonra Ağ ayı, rəngini dəyişir və bənövşəyi rəng olur.

1. Çəhrayı çəyirtgə

Bu çəyirtgə ilk dəfə İngiltərədə həvəskar fotoqraf tərəfindən kəşf olunub. Çəhrayı rəngdə olmasının səbəbi genetik mutasiyadır. Bu çəyirtgələrin böyümə ehtimalı çox azdır. Çünki rəngi səbəbindən olduqca tez göründüyü üçün qısa müddətdə yem olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31