DİN gücləndirilmiş iş rejiminə keçib
Daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. "Olaylar” xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşları Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində çalışacaq.
10 Aprel 2018 12:22 SosialDaxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. "Olaylar" xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşları Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində çalışacaq.
Qeyd edək ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib. Dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək.