Müəllim və valideynlərin qəbulu keçiriləcək

Aprelin 13-də paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Aprelin 13-də paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 308 nömrəli məktəbdə (Ünvan: Yeni Yasamal 2-ci massiv, Ə.Əhmədov küçəsi) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31