Sosial
“Koroğlu” stansiyası ətrafındakı sıxlıq aradan qaldırılır
Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbilərin icrasına başlanılıb. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
Gənc mədəniyyət işçilərinin regional görüşü
Zərdab rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilmişdir. Tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının müxtəlif təyinatlı mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçiləri iştirak etmişdir. Xatırladaq ki, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2016-ci ildə yaradılıb.
Kişiləri yataqda öldürən “VİAQRA”nın təhlükəli təsirləri…
Tolikin şok videosu yayıldı (18+)
Bürclər – 18 aprel
Rusiyada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.
Vəkillərin ixtisas komissiyasının məlumatı
Goranboyda icra nümayəndəliyinin inzibati binasında qumbara tapılıb
“Formula-1" ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
“Sovetski”də yenidənqurma ilə əlaqədar bu küçələr bağlanacaq
Paytaxtın mərkəzindəki bir neçə küçə hərəkət üçün bağlanacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaqdır.
Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu martın 29-da başlayıb. Bu proses aprelin 30-dək davam edəcək.













