Sosial

Əmək müqaviləsinin bağlanmaması kimə sərfəlidir?

18 Aprel 2018 13:32

Ölkədə qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

“SAĞLAM TƏHSİL” sinifləri qurulur

18 Aprel 2018 13:30

XXI əsrdə təhsil alanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının cəmi 2-15%-i yetkin həyata sağlam fərdlər kimi daxil olur. Bu ilin fevral ayından rəsmi fəaliyyətə başlayan Hədəf STEM Liseyi bəzi dövlət məktəblərində fəaliyyət göstərən, yetərincə uğurlu nəticələri olan “Sağlam Təhsil – Sağlam Millət” layihəsinə qoşulan ilk özəl liseydir.

Valideynlərin nəzərinə! Bu tarixlərdə peyvənd olunmayan uşaqlar üçün “İmmunlaşdırma həftəsi” keçiriləcək

18 Aprel 2018 13:25

Aprel ayının 23-29 -da Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, bu, səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” imzaladığı əmrdə öz əksini tapıb.

Əmək Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

18 Aprel 2018 13:10

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərinin davamı olaraq, bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Şamaxıda sürüşmə zonasında - Son durum

18 Aprel 2018 13:06

Şamaxı rayonunda sürüşmə zonasında aktivlik hiss olunmur. Bu barədə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Dilguşə Məmmədova deyib.

Türkiyədə pulsuz oxumaq istəyən azərbaycanlı gənclər üçün inanılmaz FÜRSƏT - VİDEO

18 Aprel 2018 12:50

Türkiyənin nüfuzlu İstanbul Yeni Yüzyıl Universiteti təqaüdlə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün inanılmaz fürsət yaradır.

Bakı bir azdan toz-dumanına bürünəcək - XƏBƏRDARLIQ

18 Aprel 2018 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir

18 Aprel 2018 12:35

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 7 km uzunluğa malik Cəfərli  avtomobil yolu  qara örtüklü olmaqla III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş  örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb.

Təhsil müəssisələrində “Oxu həftəsi” keçirilir

18 Aprel 2018 12:33

Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil Idarəsindən bildirilib ki, “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

Qədim Türk yurdu İRƏVANsız – 100 İL TÜRKİYƏDƏ!

18 Aprel 2018 12:12

Türkiyədə fəaliyyət göstərən “İstanbul Azərbaycan Kültür Evi”nin sədri Hikmet Elp ONN İnformasiya Agentliyi vasitəsi ilə Azərbaycan cəmiyyətinə çatdırır ki, “Düz 100 il gecikdiyimiz, indiyə qədər Türkiyədə bu mövzuda keçirilməyən çox vacib və böyük bir tarixi layihəyə başlayırıq. Qədimdən tarixi Türk yurdu olan Azərbaycanın bir parçası olmuş “İrəvan xanlığı” ilə bağlı İstanbulda Marmara Üniversteti ile birgə cari ilin aprel ayının 24-dən geniş miqyaslı tədbirlərə-konfranslara başlanılır.  

Bakıda ata “Range Rover”lə 4 yaşlı oğlunu öldürdü...

18 Aprel 2018 11:58

Bakıda 4 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb. Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi “Range Rover” markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.

DMX: "Altı nəfər qanunsuz miqrant saxlanılıb"

18 Aprel 2018 11:56

Dövlət Miqrasiya Xidmətinin qa­nun­suz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 5 nə­fər Pakistan İslam Res­publikasının və 1 nəfər Türkiyə Respub­li­ka­sının və­­tən­da­şı ol­maq­la, ümumilikdə 6 əcnəbi sax­­­la­nıl­ıb.

BMT-nin Bakı ofisi azərbaycanlı jurnalistlər üçün təqaüd proqramı elan edir

18 Aprel 2018 11:47

BMT-nin İctimai İnformasiya Departamenti yaşı 22-dən 34-dək olan jurnalistlərdən Reham Al-Farra (RAF) təqaüd proqramına müraciətləri qəbul edir.

Avtomobili saxlatdırıb sürücünün qulağını kəsdilər - TƏFƏRRÜAT

18 Aprel 2018 11:45

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb. Hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb.

Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq

18 Aprel 2018 11:40

“Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arasında dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, 18.04.2018-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki,  təmir müddətində  Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül,Aşağı Güzdək yaşayış sahələrində,eləcə də Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.