Goranboyda icra nümayəndəliyinin inzibati binasında qumbara tapılıb
17 Aprel 2018 18:25 SosialBu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.
Ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31