Sosial

Rayonlarda günlük evlərə​ - Turizm şirkətləri necə nəzarət edir?

17 Aprel 2018 17:25

Kənd ab-havasını sevən insanlar yazda istirahət üçün daha çox rayonlara üz tutur. Əksər kənd və qəsəbələrdə otellər fəaliyyət göstərmədiyindən, insanlar günlük/aylıq kirayə evlərdə qalmalı olurlar. Bu cür evlərdə qalmaq oteldən daha ucuz başa gəldiyindən, bir çox insan getdiyi ərazidə otel yerləşə belə, kirayə qalmağa üstünlük verirlər.

İşəgötürənlərə və qadın işçilərə qadınların əmək hüquqları ilə bağlı məlumatlar verilib

17 Aprel 2018 17:21

Qanunvericilik hamilə va ya 3 yaşına çatmamış uşağının olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina olunmasını yolverilməz hesab edir və bu kateqoriyaya aid qadınlar üçün  həftəlik iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə şəhərində əksərən qadınların çalışdıqları “Gəncə Tekstil”ASC-də “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda keçirdiyi seminar-müşavirədə vurğulanıb.

Yeni doğulan qızların sayı kəskin azalıb

17 Aprel 2018 17:20

2018-ci il ərzində doğulan körpələrin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 23331 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,7 təşkil edib.Doğulan körpələrin 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqlarıdır. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır.

Əhalinin gəlirləri 9,8% artıb

17 Aprel 2018 17:10

Bu ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri artıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% artaraq 12 mlrd. 533,3 mln. manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2% çox vəsait qalıb.

İşsizlərin 36,6 faizini qadınlar təşkil edir

17 Aprel 2018 17:09

2018-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən verilən verilən məlumata görə, onların 36,6%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 360 manat olub.

Regional proqramlar İmişli rayonunda uğurla icra edilib

17 Aprel 2018 17:02

2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ötən 14 il ərzində uğurlu icrası respublikanın hər bir bölgəsinin simasını dəyişib, ölkənin hər bir şəhər və rayonunda, kənd, qəsəbəsində geniş quruculuq-abadlıq işlərinə yol açıb. Bu illər ərzində görülən işlər və əldə edilən nəticələr bunu bir daha təsdiqləyir.

Tibdə nadir hadisə: 1 yaşlı uşağın böyrəyindən daşlar çıxarıldı

17 Aprel 2018 16:45

1 yaşlı uşağın hər iki böyrəyində xeyli sayda böyük daşlar aşkarlanıb.  Bununla bağlı uroloq-cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, körpə xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır olub: "1 gündür sidiyə çıxa bilmirdi, şiddətli ağrı, qusma mövcud idi. Şiddətli böyrək genişlənməsinin səbəbi isə hər iki böyrək ləyəninin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlar idi. Uşaq təcili əməliyyata alınaraq ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq".

Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı : Elmi fəaliyyətlə bağlıdır

17 Aprel 2018 16:41

"Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır". Bunu  Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib. O bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.

“Arvadına bir stəkan çay almır, məşuqəsinə restoranda qonaqlıq verir”

17 Aprel 2018 16:42

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Space TV-də efirə gedən “Yerimdəyəm” verilişinin qonağı olub. Kişi-qadın dostluğunun müzakirə olunduğu verilişdə jurnalist verdiyi səsli-küylü açıqlamalarla diqqəti öz üzərinə çəkib.

Azərbaycanda Hüseyn Dərya sayağı intihar - Hadisə yerindən FOTOLAR

17 Aprel 2018 16:35

O, idarə etdiyi maşının sükanı arxasında özünü öldürüb. Cərcuva kənd sakini olan Mansur adlı şəxs bir müddət əvvəl ailəsi tərəfindən tərk edilib. Bakıya gələn Mansur dünən Ağdaşa qayıdarkən intihar edib. O, yüksək sürtlə idarə etdiyi "VAZ-2107" markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan "Kamaz"a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

17 Aprel 2018 16:28

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. Məlumata görə, o, öz xahişi ilə vəzifəsindən azad edilib. Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib. Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.

Azərbaycanda alqı-satqı saytında şok elan: "Uşaq verilir"

17 Aprel 2018 16:11

Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib. Aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də "uşaq verilir" yazılıb. Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.

Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi davam edir

17 Aprel 2018 16:02

Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasıdır ki, artıq sözügedən istiqamət üzrə tikinti işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir.

Bakıda İƏT gənclər və idman nazirlərinin konfransı keçiriləcək

17 Aprel 2018 16:01

Aprelin 18-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin 4-cü Konfransı öz işinə başlayacaq. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki,  konfrans öncəsi,   Yüksək Məmurların Toplantısı keçiriləcək ki, burada Nazirlər Konfransının gündəliyinə daxil olan əsas qərar və qətnamələrlə bağlı ilkin razılaşma və konsensusun əldə olunması, qəbul olunacaq qətnamələrin layihələri üzrə qərarların qəbul edilməsi müzakirə olunacaq.

Diaspor təşkilatından “Vətənim Azərbaycan” layihəsi

17 Aprel 2018 15:59

Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə layihələşdirdiyi  “Vətənim Azərbaycan” layihəsi davam edir. Cəmiyyətdən “OLAYLAR”-a verilən məlumata görə,  Azərbaycana bir qrup gəncin səfərindən sonra bu iki təşkilat Avropada yaşayan son məktəb illəri, universitet mərhələsinə yüksəlmiş və ya artıq iş həyatına atılmış gənclərimizi Almaniyada bir araya toplamaq qərarına gəlib.