Sosial

Atatürk Hava Limanı: "Sərnişinlərin yüklərinin təhvili ləngiyə bilər" - VİDEO

19 Aprel 2018 15:21

İstanbulun Atatürk Hava Limanında Bakıdan səfər edən şəxslərin çemodanlarının qəbulunda ləngimələr baş verir. Sərnişinlərin bildirdiyinə görə, buna səbəb bütün reyslərin əşyalarının eyni qəbul zolağında verilməsidir. Halbuki, digər çemodan təhvil vermə zolaqlarının hamısı boş olur.

Ötən il Azərbaycanda 37 618 abort icra edilib

19 Aprel 2018 15:10

"2017-ci ildə Azərbaycanda 37 618 abort icra edilib". Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Sevinc Məmmədova: "Hamilə qadınlar xəstəliklərini həkimlərdən gizlədirlər"

19 Aprel 2018 15:07

"Hamilə qadınlar xəstəliklərini, adətən, həkimlərdən gizlədirlər". Bu barədə Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, hamilə qadınların xəstəlikləri əvvəldən bilinsə, onlara göstərilən tibb xidmət daha keyfiyyətli olar.

Bakıda yanğın: Uşaqlar təxliyə edildi - Son dəqiqə - VİDEO

19 Aprel 2018 15:02

Bakının Hüseyn Cavid prospektindəki binalardan birində yanğın başlayıb.

Azərbaycanda 3 ayda 7 ana doğuş zamanı ölüb: 1 nəfər həbs edilib

19 Aprel 2018 14:56

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib.

Torpağımızdan niyə səmərəli istifadə edə bilmirik?

19 Aprel 2018 14:53

Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi hər bir sərvətin ilk mənbəyidir. Məhz bu səbəbdən tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında həmişə mübarizə gedib.

Azərbaycanlı milyarderin sərvəti açıqlandı - Forbes

19 Aprel 2018 14:32

“Forbes” jurnalı Rusiyanın ən varlı şəxslərinin siyahısını təqdim edib.

2 küçə və 1 prospektdə hərəkət qismən məhdudlaşdırılır

19 Aprel 2018 14:26

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 19 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Azərbaycanda etibarlı sosial müdafiə sistemi formalaşıb

19 Aprel 2018 14:24

Azərbaycanda həyata keçirilən sosial siyasət insanların normal yaşam tərzinin təmin olunması, vətəndaşların rifah halının yüksəlməsinə hesablanıb. Dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasət artıq öz müsbət nəticəsini verməkdədir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkə vətəndaşlarının firavanlığına xidmət edir.

DİN: "Taleh Xasməmmədov üç polis əməkdaşına xəsarət yetirdiyi üçün saxlanılıb"

19 Aprel 2018 13:52

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılıb. Bu barədə  T. Xasməmmədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, hüquq müdafiəçisi bu gün Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Onun saxlanılmasının səbəbləri hələlik məlum deyil.

"FETÖ işi" ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının müdafiəsinə 2 vəkil qoşulub

19 Aprel 2018 13:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə M. Ceyhanın müdafiəsinə 2 vəkil qoşulduğu məlum olub.