Sosial

“Rahat” marketlər şəbəkəsi oğurluq edən şəxsin döyülməsi ilə bağlı iddialara münasibət bildirib

19 Aprel 2018 13:22

“Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib. Marketlər şəbəkəsindən report-a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb.

Kartof qızardarkən bunları mütləq bilməlisiniz

19 Aprel 2018 13:13

Kartof qızartması – ən asan və çox dadlı yeməkdir. Hələ elə birinə rast gəlməmişik ki, qızartma kartofu sevməsin. Pəhrizdə olanlar, ziyanını bilənlər belə bu yeməyin ətrinə dayana bilmirlər… Gəlin bu dəfə özümüz üçün bayram edək: dadlı və ləzzətli kartof qızartması bişirək, həm də bunu daha düzgün şəkildə edək!

Ekspert: ""Çudo Peçka" işində 13 milyon manat çatışmazlıq var"

19 Aprel 2018 13:09

"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə  şahid qismində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti qismində Elvin Səfərov dindirilib.

Azərbaycan- Əhməd Fərhadlının "Buta və ya tanrıların anası" kitabından

19 Aprel 2018 13:07

"Odlar yurdu" kimi tanınan Vətənimizin adı-Azərbaycan toponimi barədə yadların mətbəxində qurd yağı ilə qovurulmuş və bizim tədqiqatçıların  iştahla əxz edərək elmi süfrəyə servis etdikləri çeşidli cızma-qaralar bizə bilməyimiz son dərəcə gərəkli olan həqiqəti nəinki dadızdırmış, əksinə,ona ikrah hissi yaratmışdır.Bu azmış kimi düşüncələrimizi debillik yaradan yad ana südü ilə mayalandırmaqla birbaşa genetik varisi olduğumuz,düşmən qonşuları tərəfindən talan edilib tarixdən silinmiş,yurdunu tərk etmək məcburiyyətində qalaraq bütün Avroasiya məkanına səpələnmiş,sahibsiz mədəniyyəti samit,semit və sanskritlərin pay-püş edib özəlləşdirdiyi qədim Hananey sivilizasiyasını ignar etməyə öyrətmişlər.

Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsulu ƏSLA ETMƏYİN! - XƏBƏRDARLIQ

19 Aprel 2018 12:40

Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir. Bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.

Azərbaycanda toyda gəlindən maraqlı hərəkət- VİDEO

19 Aprel 2018 12:29

Azərbaycanda baş tutan toy məclislərindən birində maraqlı hadisə yaşanıb. Məlumata görə, gülatma zamanı gəlin gözlənilməz hərəkət edib. Toyun sonunda məclisdəki gənclər gül dəstəsini tutmaq üçün gəlinin arxasına yığışıblar. Bu zaman isə Aytac adlı xanım öz gül dəstəsi əvəzinə yüzdən çox qızılgülün olduğu buketi qucağına alıb və insanlara tərəf atıb.

Bu tanınmış meyxanaçılar faciəvi şəkildə ölüb - SİYAHI

19 Aprel 2018 12:27

Faciəvi şəkildə dünyalarını dəyişən məşhur meyxanaçıların sayı günü-gündən artmaqdadır.

Müəllimlər üçün təlimlər keçiriləcək

19 Aprel 2018 12:16

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə start verilir. “OLAYLAR” xəbər verir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək növbəti təlimlər 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlər üçün nəzərdə tutulur. İlk təlim 27 aprel və 1-5 may tarixlərini əhatə edəcək. 

Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

19 Aprel 2018 12:15

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 145 yoldəyişən yenisi ilə əvəz olunub.

Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar

19 Aprel 2018 12:12

Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkənin arasındakı davaya dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Artıq iş üzrə məhkəməyə hazırlıq iclası keçirilib, aprelin 19-da növbəti proses baş tutacaq.

50  məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

19 Aprel 2018 12:09

2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 50 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, bununla da paytaxtda “Milli Qəhrəmanlar” guşəsi yaradılmış məktəblərin sayı 150-yə çatıb.

Cənub zonasında gender bərabərliyi ilə bağlı təlim keçiriləcək

19 Aprel 2018 12:01

18-20 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 5 nömrəli ‘’Gender Bərabərliyi’’ məqsədini əsas tutaraq Gənclər Təşkilatları Milli Şurası tərəfindən "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursu təşkil olunacaq.  “OLAYLAR”-a daxil olan məlumata görə, mövzu üzrə təlim kursunda Lənkəranda Astara, Yardımlı, Cəlilabad, Lerik, Masallı rayonlarından olan gənclər iştirak edəcək.