Sosial

ATV-nin aparıcısına yeni vəzifə verildi

19 Aprel 2018 11:49

"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin xəbər aparıcısı Ceyhun Əliyə yeni vəzifə verilib. Bu barədə aparıcı özü məlumat yayıb. 

Hacıqabulda qardaşından hamilə qalan məktəbli qızın -  ETİRAFI

19 Aprel 2018 11:40

Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdinin ögey qardaşından 4 aylıq hamilə olması xəbəri yayılıb. Baş verən dəhşətli hadisə ilə bağlı sözügedən təhsil ocağının direktoru Elman Abdullayev açıqlama verib: “Əvvələn, qız 7-ci yox, 9-cu sinif şagirdidir.

Qəza zamanı yol təsərrüfatına ziyan dəyib

19 Aprel 2018 11:36

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtmobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aprelin 23-dən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq

19 Aprel 2018 11:24

Növbəti "Formula 1 Azərbaycan Qran Prisi" yarışları ilə əlaqədar olaraq, Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə aprelin 23-dən məhdudiyyət tətbiq ediləcək. Bunu  Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Toy karvanları ilə bağlı XƏBƏRDARLIQ: Kiçik bir səhv toyu yasa çevirə bilər

19 Aprel 2018 11:14

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov  deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir: "Son zamanlar toy mövsümünün başlanması ilə əlaqədar yenə də yol boyu kobud qayda pozanlar aşkarlanır.

Bayılda evləri dağılan ailələrə XƏBƏR VAR

19 Aprel 2018 11:11

Bayılda evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım bu gün axşamadək hesablara köçürüləcək. Ailə başçıları aprelin 20-dən həmin vəsaitləri müvafiq bank hesabınlarından çıxara bilərlər.

1948,9 manat məbləğində iddia qaldırıldı

19 Aprel 2018 10:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.  Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 139 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli “məcburi göstəriş” verilib.

Azərbaycanda balıqdan kütləvi zəhərlənmə olub - YENİLƏNDİ

19 Aprel 2018 09:44

Tovuz rayonunda qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilən yerli sakinlərin şəxsiyyəti məlum olub. Bunlar 1967-ci il təvəllüdlü Əliyev Tahir Abbas oğlu və 1966-cı il təvəllüdlü Abbasov İlqar Fərhad oğludur. Daha iki nəfərə isə yerində yardım göstərilib.

22 aprel – Beynəlxalq Yer Günüdür

19 Aprel 2018 09:42

1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. “Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar “Yer günü” ərəfəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.