Sosial

Gürcüstan - Azərbaycan sərhədində meyit tapıldı

21 Aprel 2018 08:03

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb. Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.

“Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər”

21 Aprel 2018 08:02

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan iqtisadiyyatı son 15 ildə: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə ADİU rektorunun kollec üzrə müşaviri professor Nuru Mikayılov, Kollecin direktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov, kollecin tələbə və müəllim heyəti iştirak edib.

Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

21 Aprel 2018 08:00

Gəncədə yanğın hadisəsi qeydə alınıb.  Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Asiya və Yaxın Şərq 2018-ci ildə hədəfli hücumların episentri olub

21 Aprel 2018 07:50

Cari ilin ilk üç ayı ərzində "Kaspersky Lab” şirkətinin tədqiqatçıları tərəfindən hədəfli hücumlar üzrə ixtisaslaşmış Asiya köklü bir neçə yeni kiberqruplaşmalar aşkar edilib. Şirkətdən verilən məlumata görə, yanvar-mart aylarında mütəxəssislər tərəfindən hazırlanan xüsusi hesabatların 30%-dən çoxu bu regionda keçirilən kampaniyalara həsr edilib.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla

21 Aprel 2018 07:45

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. Fonddan verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində olub. Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub, 2006-cı ildə isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən bina yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.

Kürdəmirdə 8 otaqlı ev yanıb

21 Aprel 2018 07:29

Allergiyanı yaradan əsas səbəb tapıldı!

20 Aprel 2018 18:40

Son zamanlar insanlar arasında allergiya halları kəskin şəkildə artıb. Xüsusilə də yeni doğulan körpələrin əksəriyyətində allergiya olur. Bəs bunun səbəbləri nələrdir?. Ailem.az allergiyanı yaradan səbəblərlə bağlı pediatr Aytən İsmayılzadənin məqaləsini təqdim edir.

XƏBƏRDARLIQ: Uşaqları bu şirniyyatlardan uzaq tutun!

20 Aprel 2018 18:35

Tərkibində çoxlu şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqan və beynin fəaliyyəti üçün vacibdir. Şirniyyatlar, həmçinin əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün də lazımdır. Orqanizmdə karbohidrat çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin buna baxmayaraq hazırda şəkərdən həddindən artıq istifadə halları ilə rastlaşırıq.

Mikrobların ən çox olduğu əşyalar...

20 Aprel 2018 18:30

Avstraliya alimləri çox maraqlı eksperiment aparıblar. Onlar insanlar gün ərzində ən çox toxunduğu əşlayardan yaxmalar götürüb bu yaxmalarda mikrobların sıxlığını təyin ediblər. Araşdırma göstərib ki, mikrobların ən sıx olan əşyalar telefonların ekranları və kompüterlərin klaviaturalarıdır.

DİQQƏT: Məktəb çantasının doğru seçimi

20 Aprel 2018 18:25

Hər ilin yeni dərs günü gələndə, ilk növbədə valideynlər üçün çətin günlər başlayır, - uşaqları məktəbə hazırlaşdırmaq lazımdır. Digər lazım olan ləvazimatlar arasında məktəb çantası xüsusi yer tutur.

Günəbaxan tumu – kökəldir ya arıqladır?

20 Aprel 2018 18:20

Xüsusilə yay aylarında bol yeyilən və yayın demək olar ki vazkeçilməzlərindən olan gunəbaxan tumu yüksək proteinli bir qida olduğu üçün çox yeyildiyi təqdirdə artıq çəki yarada bilər.

Əjdər İsmayılovun 80 yaşı tamam olur

20 Aprel 2018 17:46

Aprelin 23-də Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərlərlə erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, cavidşunas, içtimai siyasi xadim, “Turan Araşdırma Mərkəzi” içtimai birliyinin sədri, tanınmış alim professor Əjdər İsmayılovun 80 illik yubileyidir.

2025-ci ilə qədər Azərbaycan dünyanın ən yaxşı turist ölkəsi olacaq

20 Aprel 2018 17:42

Aprelin 20-də Beynəlxalq Mətbuat Mərkəzində Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti seçilməsi münasibəti ilə mətbuat konfransı keçirilib.

Bakıda yeni salınan yol çökdü- FOTO

20 Aprel 2018 16:53

Binəqədi rayonunun Abay Kunanbayev küçəsində yeni salınan yol artıq yararsız hala düşüb. Ağırtonnajlı maşınların keçməsi nəticəsində piyada zolağının üzərində çökmə və çatlar əmələ gəlib.

Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir

20 Aprel 2018 16:44

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində inklüziv təhsilin rolu müzakirə ediləcək.