2025-ci ilə qədər Azərbaycan dünyanın ən yaxşı turist ölkəsi olacaq

Aprelin 20-də Beynəlxalq Mətbuat Mərkəzində Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti seçilməsi münasibəti ilə mətbuat konfransı keçirilib.

Aprelin 20-də Beynəlxalq Mətbuat Mərkəzində Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti seçilməsi münasibəti ilə mətbuat konfransı keçirilib.

Ümumdünya Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə 23 mart 2013 - cü ildə Monakoda "İnternational Medical Travel Exhibition and Conference İmetec 2013" sərgisi zamanı 14 ölkədən 21 nümayəndənin iştirakı ilə yaradılıb. Global Healthcare Travel Council -in idarə heyətinə və rəhbərliyinə yeni seçkilər 4-8 aprel 2018 - ci il tarixində Türkiyə Respublikasının Antalya şəhərində II Hestourex Sammiti və sərgisi çərçivəsində həyata keçirilib.

Olaylar. az bildirir ki, media nümayəndələri və turizm ictimaiyyətinin iştirak etdiyi tədbirdə çıxış edən Ruslan Quliyev rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verdi. Azərbaycan mediasının son 7 ildə  turizmin fəaliyyətinə böyük dəstək verdiyini xüsusi vurğuladı. "Turizm sahəsində olan nöqsanları işıqlandırmaq da bizim fəaliyyətimizə dəstəkdi".

Ruslan Quliyev həmçinin Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi haqqında ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan 2013-cü ildən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatında təmsil olunur. "Ölkəmiz 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlamlıq Turizmi Konseyi başkanı Emin Makmak olub. O, hazırda qurunun fəxri prezidentidi. Məqsədiniz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəyə turist axınına səbəb ola biləcək fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir".

Ruslan Quliyev çıxışı zamanı qeyd etdi ki, yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün "Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı" təqdim olunacaq.  "Bu plan əsasən brendinq və beynəlxalq sertifikatların alınması məsələlərini əhatə edəcək. Bu il Azərbaycanda həmçinin Dövlət Turizm Reyestrini işə salmaq planlaşdırılır.

Sağlamlıq Turizmi 365 gün davamlı fəaliyyət göstərən turizm sahəsidi. Biz keçmiş ənənələri və müasir dünya praktikasının əhəmiyyətli hissələrini seçib ölkəmizdə tətbiq edəcəyik. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyini qeyd etmək istəyirəm. Nazirliyin bizə dəstəyi sahəsində biz bu qurumun fəal üzv olmuşuq".

10 il əvvəl bu sahədə vəziyyət o qədər də yaxşı olmadığına diqqət çəkən Ruslan Quliyev vurğuladı ki, bütün bu problemlər mərhələli şəkildə həll olunacaq. "Bölgələrdə 1-2 mehmanxananın ətrafında rəqib olmadıqca və paralel işləyən turizm şirkətlərinin olmaması qiymətlərin 1 qütblü inkişafına gətirib çıxarır. Devalvasiyadan sonra xarici turistlərin sayı 35 faiz azalıb. Bu gün turizm bazarında rəqabət o qədər güclüdür ki, bu qiymətləri hissə-hissə aşağı salır. Ancaq amansız rəqabət aparılmamalıdır".

R.Quliyev bildirib ki, bayramlar ərəfəsində bölgələrdə və Bakıda yer tapmaq müşkül məsələyə çevirilir: "Artıq Azərbaycan vətəndaşları da erkən rezrvasiyalarda iştirak etməyə başlayıblar. İstər xarici, istər yeri turistlər erkən rezervasya ilə büdcələrinə və istəklərinə uyğun bir qiymət əldə edə bilərlər".

Azərbaycanın quruma rəhbər seçilməsinə toxunan Ruslan Quliyev qeyd etdi ki, 22 ölkədən 48 nümayəndənin qatıldığı belə bir möhtəşəm tədbirdə Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Forumu Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə, 2019 -cu ildə Beynəlxalq Sağlamlıq Turizmi Forumun Azərbaycanda keçiriləcək. Bu ölkəmizdə turist axınına böyük tövhə verəcək.

2025-ci ilə qədər Azərbaycan dünyanın ən yaxşı turist ölkəsi olacaq. Bizim fəaliyyətimiz dövründə hədəfimiz budur. Dünya Sağlamlıq Turizmi Təşkilatında sədrliyin Azərbaycana keçməsi ölkədə turizmin inkişafına xidmət edəcək. Bu işdə bizə ən böyük dəstək ənənəvi olaraq ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməyi olacaq.  

Qeyd edək ki, 60 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olubduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.

Nigar Adil        

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31