Sosial

Sabahın hava proqnozu

21 Aprel 2018 13:18

Bakıda xəstəxanada yanğın olub

21 Aprel 2018 11:12

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb.

Bu il içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq

21 Aprel 2018 11:10

“Bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir”.

Bu bitki diabet xəstələri üçün əvəzsiz göyərtidir...

21 Aprel 2018 10:00

Cincilim yabanı halda bitsə də, bostanda, kövşəndə, çəməndə və əkin yerlərində az qala hər addımda ona rast gəlmək olar. Yazda təbiət oyanan kimi torpağın sinəsindən boy göstərən cincilim o qədər də uzunömürlü bitki deyil - tez boy atır və tez də ömrünü başa vurur. Tərəvəz və yem bitkisi hesab edilir. Cincilim apreldən başlayaraq soyuqlar düşənə qədər çiçəkləyir. Onu az qala hər bostan və ya çəməndə axtarıb tapmaq olar.

Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalandı

21 Aprel 2018 09:22

Azərbaycan Dillər Universiteti ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla və Pekin Xarici Dillər Universitetinin rektoru professor Peng Long tərəfindən imzalanıb. Sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

İsmayıllıda intihara cəhd

21 Aprel 2018 08:52

İsmayıllı rayon sakini intihara cəhd edib. Dünən axşam saatlarında Ağdam rayonundan olan məcburi köçkün, İsmayıllı şəhərində məskunlaşan 1965-ci il təvəllüdlü Allahverdiyeva Təzəgül İslam qızı yaşadığı evdə sirkə turşusu içib.

Paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi

21 Aprel 2018 08:12

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlər davam edir.  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Bakı Dövlət Universiteti 100 ilin astanasında: tarixi ənənənlər və müasirlik” mövzusunda mühazirə söyləyib.

Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalır

21 Aprel 2018 08:08

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdə yaşı 100 və 100-dən çox olan insanların sayı azalsa da, uzunömürlü kişilərin sayı çoxalıb. Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub.