Çayın qadınlar üçün inanılmaz faydası aşkar edildi
21 Aprel 2018 10:45 Sosialİsveç alimləri çayın növbəti faydasını aşkar ediblər. Araşdırmlar göstərib ki, çay xərçəngin inkişafına səbəb olan genlərə təsir edir.
Sağlamolun.az-ın məlumatına görə, Uppsal Universiteti alimləri aşkar ediblər ki, müntəzəm olaraq çay içən qadınlarda xərçəngə səbəb olan genlərdə dəyişikliklər baş verir və estrogenin səviyyəsi aşağı düşür.
Estrogenlərin qadın orqanizmində yüksək səviyyədə olması bəzi xərçəng növlərinin (yumurtalıqlar, uşaqlıq və s.) riskini artırır. Lakin çayın istehlakı estrogenlərin səviyyəsini aşağı salır və bununla da qadın orqanizminə xərçəngəleyhinə təsir göstərir.
Çay kişi orqanizminə belə təsir etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31