Sosial

Bakıda palçıq vulkanı püskürdü

22 Aprel 2018 11:56

Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında 2 dəfə püskürmə baş verib. Birinci püskürmə səhər saat 8, ikinci isə saat 10 radələrində qeydə alınıb. Hazırda proses davam edir.

Azərbaycanda zəlzələ oldu

22 Aprel 2018 11:22

Oğuz rayonu ərazisində, Şəkidən 28 kilometr cənub-şərqdə, zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bədəninizdə iri xal varsa, bu xəstəliyin əlaməti ola bilər - DİQQƏT

22 Aprel 2018 11:20

Alimlər xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər və bağırsaq xərçəngi) aşkarlanmasına imkan verən süni indikator yaradıblar.

Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 gənc batıb

22 Aprel 2018 10:38

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

Bürclər – 22 aprel

22 Aprel 2018 07:18

Ötən il İctimai Komitə 300 məhbusa hüquqi yardım göstərib

21 Aprel 2018 17:02

2017-ci ildə Ədliyyə naziri yanında İctimai Komitə cəzaçəkmə müəssisələrinə 302 dəfə baş çəkib. Başçəkmələr zamanı 300-ə yaxın məhbusla fərdi söhbət edilib, onlara pulsuz hüquqi yardım göstərilib.

Sona Vəliyeva: "İstərdim ki, Türkiyə universitetləri qəbulu "Kaspi"də keçirsin"

21 Aprel 2018 16:56

"Bizim bir çox ölkələrin nüfüzlu universitetləri ilə sıx əməkdaşlığımız var". Bu sözləri Bakıda "Kaspi" Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı təhsil konfransında çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib.

Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb

21 Aprel 2018 14:09

Şamaxı rayonunda yeni istifadəyə verilən iki yol torpaq sürüşməsi nəticəsində dağılıb. Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb.