Ötən il İctimai Komitə 300 məhbusa hüquqi yardım göstərib
2017-ci ildə Ədliyyə naziri yanında İctimai Komitə cəzaçəkmə müəssisələrinə 302 dəfə baş çəkib. Başçəkmələr zamanı 300-ə yaxın məhbusla fərdi söhbət edilib, onlara pulsuz hüquqi yardım göstərilib.
21 Aprel 2018 17:02 Sosial2017-ci ildə Ədliyyə naziri yanında İctimai Komitə cəzaçəkmə müəssisələrinə 302 dəfə baş çəkib. Başçəkmələr zamanı 300-ə yaxın məhbusla fərdi söhbət edilib, onlara pulsuz hüquqi yardım göstərilib.
Hesabat dövründə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı Xüsusi Komissiya məhkəməyə göndərilməsi tövsiyə edilən müraciətlərin 98 faizini müsbət həll edib. Komissiya tərəfindən 2193 müraciət məhkəməyə göndərilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31