Gürcüstan - Azərbaycan sərhədində meyit tapıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb. Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb.

Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.

İlkin məlumatlara görə, sərhədçi intihar edib. Hadisə yerinə kriminalist-ekspertlər cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. Sputnik.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31