Əjdər İsmayılovun 80 yaşı tamam olur

Aprelin 23-də Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərlərlə erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, cavidşunas, içtimai siyasi xadim, “Turan Araşdırma Mərkəzi” içtimai birliyinin sədri, tanınmış alim professor Əjdər İsmayılovun 80 illik yubileyidir.

Aprelin 23-də Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərlərlə erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, cavidşunas, içtimai siyasi xadim, "Turan Araşdırma Mərkəzi" içtimai birliyinin sədri, tanınmış alim professor Əjdər İsmayılovun 80 illik yubileyidir.

Əjdər İsmayılov özünün tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən və erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını beynəlxalq aləmə bəyan edən dəyərli alimimizdir. Professor Əjdər İsmayılov Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran bir alim kimi tanınmaqdadır.

Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. Əjdər İsmayılov eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.

Dəyərli alim Əjdər İsmayılovu 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq və şəxsi həyatında uğurlar arzulayırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31