Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
Gəncədə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
21 Aprel 2018 08:00 SosialGəncədə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31