Sosial
Komissiya yaradıldı
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb. Fərmanın icrasının nazirlik tərəfindən aidiyyəti üzrə vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya bu gün ilk iclasını keçirib.
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq, sənədə əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. Akademik dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların ölkəmizdə elmin inkişafına göstərilən yüksək diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.
Salyanda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, söhbət uzunluğu 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir.
Bakcell inklüziv idmanı təşviq edir
"ASAN Ödəniş" sistemindən YENİLİK
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılmış “ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir. Belə ki, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.
Bakının zəif internet dərdi: abunəçini kim aldadır?
İranlı Mühacirlər Cəmiyyətində anım tədbiri
Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə kənd təsərrüfatının inkişafını təmin edib
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası respublikanın ayrı-ayrı rayonlarında iqtisadi inkiçşafla müşahidə olunur. Sözügedən dövlət proqramların icrası rayon və şəhərlərdə kənd təsərrüfatrının inkişafı ilə yanaşı, əhalinin sosial rifah halının yüksəlməsində də öz töhvəsini verməkdədir.
Narkoloji Mərkəzində qeydiyyatda olanların sayı açıqlandı
Əli Həsənovun daha bir kadrı işdən çıxarıldı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub. Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib. Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.
Müəllimlər də “Alimlər şəhərciyi”ndən mənzil ala biləcək
Azərbaycana illərdir, saxta dərmanlar gətirib, satdıran şəbəkə çökdürüldü
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi illərdir, Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib satışını təşkil edən, nəticədə əhalinin sağlamlığına təhdid yaradan şəbəkəni çökdürüb.
Azərbaycanda I qrup əlillərin sosial müavinəti artırılıb
Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinətin miqdarı artırılıb.
Ötən il narkotiklərlə mübarizə sahəsində 2 907 fakt aşkar edilib
Ötən il narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 907 fakt aşkar edilib.
Respublika Narkoloji Mərkəzində qeydiyyatda olanların sayı açıqlanıb
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində ötən ilin sonunadək 30 131 nəfər qeydiyyatda olub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumata görə, onlardan 25 139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır.


.jpg)











