Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə kənd təsərrüfatının inkişafını təmin edib

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası respublikanın ayrı-ayrı rayonlarında iqtisadi inkiçşafla müşahidə olunur. Sözügedən dövlət proqramların icrası rayon və şəhərlərdə kənd təsərrüfatrının inkişafı ilə yanaşı, əhalinin sosial rifah halının yüksəlməsində də öz töhvəsini verməkdədir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası respublikanın ayrı-ayrı rayonlarında iqtisadi inkiçşafla müşahidə olunur. Sözügedən dövlət proqramların icrası rayon və şəhərlərdə kənd təsərrüfatrının inkişafı ilə yanaşı, əhalinin sosial rifah halının yüksəlməsində də öz töhvəsini verməkdədir. Balakən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən rayonda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər 2018-ci ildə də ardıcıl həyata keçirilməkdədir. Belə ki, cari ildə rayonda barama istehsalının əvvəlki illə müqayisədə 14 ton və ya 2,7 dəfə artırılaraq 25 tona çatdırılması nəzərdə tutulur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün ötən il rayonun kəndlərində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində 131,5 min ədəd, cari ilin birinci rübündə isə 8 min ədəd tut tingi əkilib. Eyni zamanda, mövcud tut ağaclarının inventarizasiyası aparılıb, çəkil bağlarının məhsuldarlığının artırılması üçün tədbirlər görülüb, bağlara aqrotexniki qulluq olunub. Həmçinin cari ildə 535 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün əkini üçün 1002 ədəd sadə şitillik hazırlanıb, 510 hektar sahə şumlanıb. Rayonda 60 kameralı tütünqurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb və hazırda tikintiyə başlanılması məqsədilə hazırlıq işləri görülür. Kameraların tikintisi tütün istehsalına çəkilən xərclərin azalması, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artması üçün yeni imkanlar açacaq. Hesabat dövründə 75 nəfər tütün istehsalçısına emal müəssisələrinə satdıqları yaş və quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 13 min 744 manat məbləğində subsidiya ödənilib. Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür. Son iki ildə rayon ərazisində 3968 hektar, o cümlədən cari ilin birinci rübündə 700 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə daha 1000 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Birinci rübdə rayonun təsərrüfatlarında 3516 hektar sahədə yazlıq bitkilər əkilib, cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 1716 hektar sahəyə aqrotexniki qulluq göstərilib. Regionların sosial-qtisadi inkişaf proqramları çərçivəsində cari ilin birinci rübündə rayonda həmçinin təmir-tikinti işləri də diqqət mərkəzində olub. Belə ki, cari ilin ötən üç ayı ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 kilometr olan Balakən-Mazımçay hissəsinin, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun, həmçinin Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi işləri davam etdirilib. Şərif kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi yekunlaşıb, Qullar kəndində 130 yerlik uşaq bağçasının təmirinə başlanılıb. Həmçinin 2018-ci ilin birinci rübündə elektrik enerjisi, təbii qaz, suvarma və içməli su ilə təminatın yaxşılaşdırılması sahəsində dı çoxsaylı iişlər görülüb.
Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası Ağstafa rayonunda əhalinin sosial-rifah halının yüksəlməsilə müəşahidə olunub. Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, aprelin 9-da Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələr rayonda uğurla həyata keçirilir. Cari ilin birinci rübünün yekunları, sosial-iqtisadi göstəriciləri 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağından xəbər verir. Belə ki, birinci rübdə 2018-ci ilin 3 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1.0 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 6.8 faiz artmış, nəqliyyat xidmətində 5.7 faiz, rabitə xidmətində 0.9 faiz, ticarət sahəsində 6.3 faiz artım olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2.6 faiz artıb. Rayon üzrə orta aylıq nominal əmək haqqı 244.90 manata çatdırılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.6 milyon manat olub. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 4 layihə üzrə 33.7 min manat güzəştli kreditlər verilib. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 1milyon 66 min manat və 98.0 min ABŞ dolları həcmində olub, bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 1 milyon 233 min manat civarındadır, əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artıb: "Məlum olduğu kim Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 460.1 min manat və ya 6.8 faiz artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur".
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası Cəbrayıl rayonunun da iqtisadi potensialının artmasına təkan verib. Rayon İcra Hakimiyyətinidən bildirilib ki, cari ilin birinci rübü ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 3467 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü il müqayisədə 5 faiz çox olmaqla 2766,5 min manatlıq kənd təsərrüfatı, 458,7 min manatlıq sənaye məhsulu istehsal edilib. Bundan başqa, keçən il rayon üzrə 71.8 hektar sahədə pambıq əkilib , bu il isə əkin sahələri genişləndirilərək 90 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. Hazırda bütün ərazilər şumlanaraq səpinə hazır vəziyyətə gətirilmiş, əkin işləri davam etdirilir. Dövlət proqramlarının icrası çərçivəsində rayonda kənd təsərrüfatının inkişafı diqqət mərkəzində olub. Belə ki, hazırda rayon üzrə 10587 baş iri buynuzlu, 116728 baş xırda buynuzlu heyvan mövcuddur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzluların sayı 162 baş, xırda buynuzluların sayı 1823 baş artıb. Rayonun Cocuq Mərcanlı kəndində 150 ev tikilmiş onlardan 50 evdə yaşayış bərpa edilib. Yaxın günlərdə 100 evə də əhalinin köçürülməsinə başlanacaqdır. Kənddə yaşayan hər bir sakinimiz üçün 25 sot torpaq sahəsi ayrılmış və həmin sahələrin suvarılması üçün Araz çayı üzərindən suvarma şəbəkəsi sistemi tikilərək sakinlərin istifadəsinə verilib. Hazırda kənd əhalisi həyətyanı və pay torpaqlarında yazlıq əkin işləri ilə məşğuldur. Qəsəbələrdə məskunlaşmış əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 4 saylı qəsəbədə "Azərxalça" ASC tərəfindən Cəbrayıl rayon xalçaçılıq müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə 150 nəfər qəsəbə sakinini daimi işlə təmin olunması nəzərdə tutulur. Məlumatda o da bildirilib ki, keçən il ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində daxili istehsalın xüsusi çəkisinin daha da artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, heyvandarlığın dayanıqlı və keyfiyyətli yem bazasının yaradılması üçün heyvandarlara lazımi dəstək verilib. İl ərzində 6923 ton yonca otu, 1760 ton arpa, 84.6 ton qarğıdalı dəni, eləcə də 2000 tondan çox yaşıl kütlə şəklində yonca və qarğıdalı istehsal edilib. Mal-qaranın məhsuldarlıq göstəricilərinin daha da yüksəldilməsi və damazlıq işinin yaxşılaşdırılması üçün süni mayalamanın müstəsna əhəmiyyəti nəzərə alınaraq ötən il 943 baş iribuynuzlu heyvanda süni mayalama aparılıb və 2017-ci ildə 454 baş sağlam buzov alınıb. Rayon üzrə iribuynuzlu heyvanların sayı 10512 başa, xırda buynuzlunun sayı 116.1 min başa, quşların sayı 128.1 min başa çatdırılmış, ət istehsalı diri çəkidə 2023 ton, süd istehsalı 7610 ton, yun istehsalı 152 ton, yumurta istehsalı 4.6 milyon ədəd olub, ət istehsalı 7.1%, süd istehsalı 6%, yumurta istehsalı 5% artıb. İribuynuzlu mal-qaranın tərkibində inək naxırının xüsusi çəkisi 39%-dən çox olub. Kənd Təsərrüfatının inkişafına dövlət dəstəyi çərçivəsində yanacaq və motor yağlarına görə 4215 nəfər məhsul istehsalçısına 217353.3 manat, təkrar əkin aparıb 270 nəfər istehsalçıya 7442 manat, barama istehsalına görə 1 nəfər istehsalçıya 240 manat subsidiya ödənilib. Pambıq istehsalına görə 25 nəfər məhsul istehsalçısına 17715.28 manat və şəkər çuğunduru istehsalına görə 2 nəfər istehsalçıya 357.60 manat subsidiya ödənilməsi nəzərdə tutulub. Həmçinin il ərzində süni mayalama yolu ilə alınmış buzovlara görə 348 nəfər heyvan sahibinin təsərrüfatında doğulmuş 413 baş buzova görə 41300 manat subsidiya ödənilib və 41 baş buzova görə isə 4100 manat hesablanaraq ödəniş üçün sənədlər nazirliyə təqdim edilib. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40% güzəştin tədbiq edilməsi istehsalçıların texniki təminatında olan problemləri əsasən həll edilib. Hazırda rayon üzrə vətəndaşlarımızda güzəştli şərtlərlə alınmış 100-ə yaxın müxtəlif kənd təsərrüfatı texnikası vardır. Güzəştli şərtlərlə alınmış və hələlik mülkiyyətə verilməmiş texnikaların fəaliyyəti nəzarətdə saxlanılır və onların dəyərinin ödənilməsində yaranan problemlərin həll edilməsində operativ köməkliklər göstərilir. Sadalanan faktlar deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkigı ilə bağlı dövlət proqramlarının icrası respublikanın hər bir rayonunun iqtisadi potensialının atmasında əhmiyyətli rol oynayır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31