Müəllimlər də “Alimlər şəhərciyi”ndən mənzil ala biləcək
30 Aprel 2018 15:29 Sosial"Alimlər şəhərciyi" yaşayış kompleksindən mənzil ala biləcək şəxslərin siyahısı artırılıb.
AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin populyarlaşdırılması İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org saytına bildiriblər ki, təhsil işçiləri də kompleksdən mənzil ala biləcəklər.
Qeyd edək ki, şəhərcik Abşeron rayonu Saray qəsəbəsində inşa edilir. AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil ala biləcəklər. Şəhərcik "Smart City - Ağıllı Şəhər" tikinti-inşaat prinsiplərinə uyğun 1, 2 və 3 otaqlı mənzillərdən ibarət olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31