Sosial
Bürclərə görə nikahınızı QORUMAĞIN YOLLARI
Yaz yorğunluğundan xilas olmağın yolları
Damarları cavan saxlayan 3 supermeyvə...
Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, Amerikanın yerli sakinləri olan hindu-çimane ABŞ-ın sakiləri ilə müqayisədə 5 dəfə az hallarda aterosklerozdan və nəticədə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkir. Araşdırma göstərib ki, 80-yaşlı hindu-çimanenin damarları 55 yaşlı amerikalının damarları ilə eyni vəziyyətdədir.
“WhatsApp”-da yeni funksiya istifadəyə veriləcək
Avropa Birliyinin yeni qanununa müvafiq olaraq "WhatsApp" messencerinə bütün fərdi məlumatları yükləmək funksiyası əlavə edilib. Məlumata görə, "facebook" istifadəçilərinin fərdi məlumatlarından istifadə ilə bağlı qalmaqaldan sonra Avropa Birliyi internetdə fərdi məlumatların mühafizəsi haqda yeni qanun qəbul edib.
Daha bir sosial şəbəkədə səsli və videozəng funksiyaları aktivləşdi
Ultrasəs müayinəsinə gedən hamilə qadın, eşitdiklərindən şoka düşdü - FOTO
DİM namizədlərə müraciət etdi
AzTU Çin universitetləri ilə əməkdaşlıq edəcək
Aprelin 30-da Bakı Dövlət Universiteti nəzdindəki Konfutse İnstitutunun direktoru Oktay Cəlilbəyli və İnstitutun Çin Xaql Respublikası tərəfindən direktoru Luo Xinzuhi Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Türk Hava Yolları” Bakıda qolf turniri keçirəcək
“Türk Hava Yolları” aviaşirkəti növbəti dəfə bütün dünyada qolfun inkişafına daim dəstək olduğunu vurğulayaraq “Turkish Airlines World Golf Cup” yarışı çərçivəsində Bakıda bu idman növü üzrə şirkətlər arasında seçmə yarış təşkil edəcək. “OLAYLAR” xəbər verir ki, ilk dəfə 2013-cü ildə keçirilən və cəmi 12 mərhələdən ibarət olan “Turkish Airlines World Golf Cup”yarışı hazırda hər hansı başqa həvəskar qolf üzrə korporativ yarış ilə müqayisədə daha çox ölkədə keçirilərək “Türk Hava Yolları”nınhəqiqətən qlobal əhatəsini əks etdirir. Cari ilin seçim mərhələləri 63 ölkənin 100 şəhərində baş tutacaq və iştirakçıları rəhbər vəzifəni tutan adamlarla sərbəst mühitdə ünsiyyət qurmaq, həmçinin dünyada ən nüfuzlu meydançaların birində qolf oyunundan həzz almaq imkanı yaradacaq.Builki turnirin sponsorları qismində “The Financial Times”, “National”, “Titanic Hotels” və “Ruck & Maul” çıxış edəcək.
3 may Türkçülük Günü keçiriləcək
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) mayın 3-də Salyan rayonunun Qaraçala qəsəbəsində "3 may Türkçülük günü" ilə bağlı mədəni-kütləvi tədbir keçirəcək. “OLAYLAR” xəbər verir ki, tədbir Salyan rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin və Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün abidələrini ziyarətlə başlayacaq. Tədbirə mayın 3-də Azneft meydanından yola düşüləcək.
Elçibəyin adı niyə əbədiləşdirilmir? - Eks-prezidentin oğlu narazılıq etdi
M.Ə.Rəsulzadə bələdiyyəsi qəsəbə ziyalısını təbrik edib
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri və bələdiyyə üzvləri qəsəbə ziyalısı, filologiya elmləri doktoru, professor Adil Babayevin evində olub. “OLAYLAR”-a daxil olan məlumata görə, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Adil Babayevi 80 yaşı münasibəti ilə təbrik etdilər, ona can sağlığı və elmi-yaradıcı fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.
Məktəb komandası teleoyunun qalibi olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intelletual teleoyun təşkil edilib.
.jpg)













