Sosial
Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toydan GÖRÜNTÜLƏR
Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlanla ailə həyatı qurub. Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub. Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
ATV-nin reklam etdiyi həkim saxtakar çıxdı
Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Bəstəkar və şairlər müəllif qonorarını ala bilmir
“ASAN Viza” sisteminə daha bir ölkə əlavə edildi
“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha bir dövlət əlavə edilib. Artıq Cibuti Respublikası vətəndaşları da “ASAN Viza” sistemi üzərindən Azərbaycan Respublikasına elektron viza müraciəti edə bilərlər. Beləliklə, fəaliyyətinin başlanğıcında “ASAN Viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, sistemin təkmilləşdirilməsi və əhatə dairəsinin genişlənməsi nəticəsində hazırda bu rəqəm 95 ölkə təşkil edir.
“Web of Science” elmi bazasında Azərbaycan üzrə rekord sayda elmi-tədqiqat işi qeydə alınıb
2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi-tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir. Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. Respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.
Fısdıq ağaclarından yeşik hazırlayan sex aşkarlandı - FOTO
Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 kub metr həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub. Bu barədə Olaylar.az - a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, fısdıq ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Əli Kərimlinin silahdaşı araq içə-içə erotik rəqs etdi (+18) - VİDEO
Qurd yağı meyitdən alınır? – Tükürpədici faktlar ortaya çıxdı
Misirin ölkəmizdəki səfiri Bilik Fondunda
Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim xanımı Enas Eissa ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Qonaqları səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydi müşayət edib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.














