Sosial

Əmək Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

1 May 2018 12:37

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 2018-ci il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.

Yusif Səfərov küçəsində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq

1 May 2018 12:28

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 1 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. 

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

1 May 2018 12:26

Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 378 ərizə qeydiyyata alınıb.

Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır

1 May 2018 12:25

"Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır.

Dövlət Komitəsi Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına münasibət bildirib

1 May 2018 12:22

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına münasibət bildirib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nuh peyğəmbərə heykəl ucaldılmasında qəbahət görmədiyini deyib. M. Qurbanlı qeyd edib ki, islam dinində heykəl və şəkillə bağlı yanaşma fərqlidir: "Nəzərə almaq lazımdır ki, Nuh peyğəmbər islamdan öncəki dövrdə yaşayıb".

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş media layihəsinin təqdimatı olub

1 May 2018 12:20

“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib.

Azərbaycanda imamlar 400, imam naibləri 300 manat maddi dəstək alacaq

1 May 2018 12:19

"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq".  Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.  O bildirib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: "Siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakı ətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib.

İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək

1 May 2018 12:17

Yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb

1 May 2018 12:10

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb. Yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.

Ötmək istəyirdim, maşınıma girdi” - 6 nəfərin yaralandığı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO 

1 May 2018 11:57

Daşkəsən rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Mikroavtobus Bayan kəndində "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri - mikroavtobusun sürücüsü, 54 yaşlı Zahid Allahyarov, onun sərnişinləri - 51 yaşlı Elşən Qurbanov, 53 yaşlı Zərqələm Verdiyeva, iki azyaşlı, "VAZ-21 06"nın sərnişini, 61 yaşlı Çapay Əliyev xəsarət alıblar. Zahir Allahyarov (zərərçəkən): "Mən Gəncədən çıxıb Daşkəsənə gedirdim. Yolda maşınları ötmək istəyirdim, biri mənim yoluma çıxdı və maşınıma girdi".

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara aparılır? - Baş həkim DANIŞDI - VİDEO

1 May 2018 11:41

Bakıda 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb. Videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür.

Bakının mərkəzində gənc qızı öldürdülər

1 May 2018 11:39

Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib. Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Əbədi həyat olan yer...

1 May 2018 11:25