Sosial

Azərbaycan telekanallarının reklam etdikləri fırıldaqçılar

1 May 2018 14:35

Telekanallardan həbsxanaya yollananların sayı heç də az deyil. Yaxud vaxtilə efirdə at oynadanların sonda mahir fırıldaqçı olduğu üzə çıxır. Bu günlərdə Zaur Baxşəliyevin “BizimləSən” verilişində həkim kimi dəvət edib, xeyirxah insan kimi tanıtdığı doktor Natiq Məhərrəmovun da saxtakar olduğu bəlli olub.

Hərbi vəziyyətlə bağlı aktlara dəyişiklik edildi

1 May 2018 14:33

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzaları nəzərdə tutur.

Dövlət qulluğuna qəbul qaydası dəyişdi - Bu şəxslər üçün

1 May 2018 14:30

Dövlət qulluğu haqqında qanun layihəsində dəyişiklik edilib. Məlumata görə, qanun layihəsi barədə danışan millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik icra hakimiyyəti orqanlarında çalışanlara aid edilir: “Bildiyiniz kimi, dövlət qulluğuna qəbul şərtlərinə görə dövlət qulluğunda çalışan şəxslər təkrar bu imtahanda iştirak edərək vəzifəyə qəbul olunurlar. Lakin bu bənd icra hakimiyyətlərində çalışanlara aid edilmirdi.

Rəmişdən qəribə qarabağlı SÖZLƏRİ: "Səni yıxıb sürüyərlər” - VİDEO

1 May 2018 14:25

Xalq artisti, gitaraçı Rəmiş ARB TV-nin “Səhər-Səhər” verlişininqonağı olub. Efir zamanı Rəmişin qısa zümzüməsi aparıcı Elgizi təccübləndirib. Aparıcının sizin nə gözəl səsiniz var deməsinin ardından, Rəmiş "Qarabağlı olasan, səsin olmasın, səni yıxıb-sürüyərlər", deyib və mikrafonu əlinə alıb. Rəmişin ifası zamanı Əli Mirəliyev də səsi ilə ona dəstək verib. İkilinin bu ifası qonaqları məst edib.

Mustafa Kamal Atatürkdən sitatlar

1 May 2018 14:22

Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin banisi, Türk Ordusu Marşalı və bir Osmanlı paşası Mustafa Kamal Atatürkün ən maraqlı sitatları ilə tanış olun: “Milli mənsubiyyətini bilməyənlər başqa millətlərə yem olarlar”

Ziyafət Əsgərov: "Sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı mətbuatda yanlış xəbərlər yayılır"

1 May 2018 13:35

“Mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir.

“İstiqlaliyyət” küçəsinin tarixi

1 May 2018 13:26

Bakıda ilk çoxmərtəbəli binalardan biri olan Qubernator evi 1860-cı ildə bu küçədə tikilib. İlk parklardan biri olan Qubernator bağı 20-ci əsrin 30-cu illərində burada salınıb. İlk heykəl- Mirzə Ələkbər Sabirin heykəli 1922-ci ildə burada ucaldılıb.

“Bu məsələlərə son qoymaq lazımdır”

1 May 2018 13:09

“Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar.

“Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə

1 May 2018 13:06

Azərbaycan dilindəki “Vikipediya”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilib.  Mayın 31-dək davam edəcək müsabiqədə Xalq Cümhuriyyətinin tarixində rolu olan şəxslər, hadisələr, qurumlar və s. müxtəlif mövzular barədə “Vikipediya” məqalələri yaradılacaq, mövcud məqalələr isə təkmilləşdiriləcək. Yaradılması və təkmilləşdirilməsi tövsiyə olunan məqalələrin siyahısı hazırlanaraq “Vikipediya”da yerləşdirilib.

BMT-nin rəsmi dilləri təbliğ edilir - Azərbaycanda

1 May 2018 13:04

Azərbaycan Dillər Universitetində Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin təşəbbüsü ilə BMT-nin rəsmi dillərini təbliğ etmək məqsədi ilə “Çin dili günü”nə həsr olunmuş açıq dərs keçirilib.

Zərifə Əliyevanın 95 illik yubileyi ilə bağlı sərgi

1 May 2018 13:02

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 95 illik yubileyi ilə bağlı sərgi açılıb.

Nazirlik reyd keçirdi – Akt tərtib olundu

1 May 2018 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. 

Milli Məclisin komitələrinə yeni üzvlər seçilib

1 May 2018 13:01

Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında parlament komitələrinin yeni üzvlərinin seçilməsi məsələsinə baxılıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azər Camal oğlu Badamov və Eldəniz Adil oğlu Səlimov Milli Məclisin Gənclər və idman komitəsinin, Hüseynbala Fazil oğlu Mirələmov Milli Məclisin Mədəniyyət komitəsinin üzvü seçiliblər. Parlamentin qərarı səsə qoyularaq qəbul edilib. 

Bu avadanlıq və materiallar gömrük rüsumundan azad edildi

1 May 2018 12:50

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib. Məlumata görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.