Sosial

Zaur Baxşəliyev həbs edilə bilər?

1 May 2018 17:27

Yerli telekanallarımızda son illərdə insanların sağlamlığının keşiyini çəkən tibbi verilişlər çoxalıb. Bu cür verilişlərdə bir çox özəl tibb müəssisələrin aparıcı həkimləri dəvət olunur və öz ixtisas sahələrinə uyğun xəstəliklər ətrafında müzakirələrə qoşulurlar.

Əfv Komissiyasının növbəti iclası bitdi - Müraciətlərə baxılması bu həftə yekunlaşa bilər

1 May 2018 17:25

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bunu  Komissiyanın üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib. R.Məcid qeyd edib ki, Komissiyanın bu həftə ərzində daha bir neçə iclas keçirərək ərizələrə baxılmasını yekunlaşdıracağı gözlənilir.

Təhsil naziri tapdığı pulu sahibinə qaytaran şagirdi "Təşəkkürnamə" ilə təltif edib

1 May 2018 16:58

İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonun məktəblisi Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib.

“Mafiya” ilə əlbir olan daha bir neçə həkimin kimliyi bəlli oldu – ÖZƏL

1 May 2018 16:53

Baş Prokurorluğun “dərman mafiya” əməliyyatından sonra ölkənin məşhur həkimləri ifşa olundu. Məlumata görə, Bakıda fəaliyyət göstərən özəl klinikaların doktorları həmin cinayətkarlarla əlbir olub. Saytımızda dərman mafiası ilə birgə işləyənlərin siyahısının dərcindən sonra orada qeyd olunan iki məşhur həkimin kimliyi barədə iddialar əldə etdik. İddiaya görə, paytaxtda yerləşən “Oksigen” və “Baku Medical Plaza” özəl klinikalarında çalışan doktorlar həbs edilənlərlə əlbir olub.

Tbilisidə azərbaycanlı və erməni gənclərin iştirakı ilə aksiya keçirilib

1 May 2018 15:32

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib. Məlumata görə, “Gənclər sülh hökm sürən Qafqaz naminə” şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib.

ETSN Bakı Metropoliteninin cərimələnməsi üçün məhkəməyə müraciət edib

1 May 2018 15:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Milli Məclis dövlət atributları ilə bağlı Konstitusiya qanunlarını qəbul etdi

1 May 2018 15:11

Milli Məclisin mayın 5-də keçirilən plenar iclasında millət vəkilləri 33 məsələni müzakirə ediblər. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrinin müzakirəsi aparılıb.