Tbilisidə azərbaycanlı və erməni gənclərin iştirakı ilə aksiya keçirilib

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib. Məlumata görə, “Gənclər sülh hökm sürən Qafqaz naminə” şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib.

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Filarmoniya binasının yaxınlığında azərbaycanlı, gürcü və erməni gənclərinin sülh çağırışlı aksiyası keçirilib. Məlumata görə, "Gənclər sülh hökm sürən Qafqaz naminə" şüarı altında keçirilmiş aksiyada müxtəlif ali məktəblərin tələbələri və gənclər təşkilatlarının üzvləri iştirak edib.
Aksiya iştirakçıları əllərində 3 dildə "Gənclər Qafqazda sülh istəyir!", "Sülh və gələcək naminə", "Azərbaycan və Ermənistan gəncləri Qafqazda sülh istəyir", "Yeni nəsil sülhü seçir!" şüarları tutaraq bölgədə müharibə əleyhinə olduqlarını nümayiş etdiriblər. Aksiyaya Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze də dəstək olub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31