Milli Məclis dövlət atributları ilə bağlı Konstitusiya qanunlarını qəbul etdi
Milli Məclisin mayın 5-də keçirilən plenar iclasında millət vəkilləri 33 məsələni müzakirə ediblər. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrinin müzakirəsi aparılıb.
1 May 2018 15:11 SosialDeputatlar Qarabağla bağlı xüsusi iclasın keçirilməsini təklif etdilər
Milli Məclisin mayın 5-də keçirilən plenar iclasında millət vəkilləri 33 məsələni müzakirə ediblər. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələrinin müzakirəsi aparılıb. Millət vəkili, MM-in Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, gerbimizlə bağlı elə məsələ var ki, islah olunmalıdır. Ümumiyyətlə, dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü qoruyub saxlaya bilməliyik: "Əsas qanunumuzda, bütün kitablarda Gerb sözü Herb olmalıdır. Bununla bağlı illər öncə yazdığım "Əlifba" kitabında qeyd etmişəm. Hələ Ulu Öndər hakimiyyətdə olarkən mənim bu kitabımı oxumuş və 170-ci səhifədə Gerb sözünün Herb yazmağımla bağlı maraqlanmışdı. Bildiyiniz kimi Herb polyak sözüdür və rus dilində h hərfi olmadığı üçün g ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orginalı əsas götürürük. Ruslar gipertoniya deyir, amma biz hipertoniya kimi götürürük, onlar Herakl sözünü g ilə verir, amma biz də h ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan Gerb sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik". Komitə sədri qeyd edib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var. R. Hüseynov Azərbaycan Dövlət Himnin sözləri ilə bağlı müəyyən yanlışlıqların olduğunu da vurğulayıb: "Ümumiyyətlə, simvollarımız daha düzgün şəkildə təqdim olunmalıdır". Ardınca Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanun layihəsinin müzakirəsi aparılıb. Millət vəkili Fazil Mustafa qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalı təltif edilən şəxslər siyahısına təkcə Cümhuriyyət liderlərinin varisləri salınmamalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə edilməlidir. Deputat bildirib ki, yubiley medalı təltif edilənlər siyahısında təkcə qurucuların varisləri ilə kifayətlənməməliyik: "Bundan başqa "İstiqlalçı deputatlar"ın da adı siyahıya əlavə edilməlidir. Biz onların pensiya təminatını da həll etmədik, heç olmazsa Cümhuriyyətin yüz illik yubileyi ilə bağlı Azərbaycan müstəqilliyinə səs verənlərə də bu medal verilməsi məsələsinə baxa bilərik". Millət vəkili Siyavuş Novruzov isə məsələyə fərqli yanaşıb. Deyib ki, tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Bu məsələyə birdəfəlik son qoyulmalıdır: "Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini "istiqlalçı" hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin". Deputat bildirib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır: "Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlansın". Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız istiqlalçı deputatlar SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər. Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib. Bahar Muradova bildirib ki, cənab prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi tapşırılıb. Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə hazır olmalıdır: "Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində iş gedir". Parlamentdə Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılması təklif edən millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: "Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik". Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan perzidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.
Sonra "Hərbi vəziyyət haqqında" qanunun tələblərinə əsasən bir neçə qanunverici aktlarda dəyişikliklər müzakirəyə çıxarılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzaları nəzərdə tutur. Dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə yeni-517-2-ci (Hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsi əlavə edilir. Maddəyə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir.Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunur. Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnir.
Həmçinin hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılmasına maneçilik törədilməsinə görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi üçün tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə , yüz əlli manatdan üç yüz, manatadək məbləğdə cərimə edilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi ilə bağlı tələbin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə cərimələnir. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə əməl olunmamasına görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışı ilə bağlı qoyulmuş məhdudiyyətə və ya qadağaya, yaxud narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə müəyyən edilmiş xüsusi rejimə əməl olunmamasına, habelə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsinə maneçilik törədilməsinə görə, fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər dörd min beş yüz manatdan altı min beş yüz manatadək, hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl etməməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Hərbi vəziyyət dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunmasına (köçürülməsinə) maneçilik törətməyə görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qanun layihələrini təqdim edən birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən "Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Onlar məsələlərə münasibət bildirərkən konteksdən çıxarırlar, yəni "Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırmanı qeyd etmirlər. O, qeyd edib ki, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir. "Hərbi vəziyyət haqqında" qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir".
Alim