Zərifə Əliyevanın 95 illik yubileyi ilə bağlı sərgi

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 95 illik yubileyi ilə bağlı sərgi açılıb.

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 95 illik yubileyi ilə bağlı sərgi açılıb.

Sərgidə kitabxananın fondunda olan Zərifə Əliyeva - "Oftalmologiyanın aktual problemləri", "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri, elmi əsərlər məcmuəsi", "Офтальмопатология при xронической йодовой интоксикации", "Görkəmli adamların həyatı-Zərifə Əliyeva"(Hüseynbala Mirələmov), "Qaranlığa nur saçan zəka"(Mirkazım Seyidov), "Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş oftalmologiyanın aktual problemləri beynəlxalq elmi konfransın materialları", "Heydər Əliyev" və digər kitablar nümayiş olunur.

Xatırladaq ki, Zərifə Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtı ilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31