“İstiqlaliyyət” küçəsinin tarixi

Bakıda ilk çoxmərtəbəli binalardan biri olan Qubernator evi 1860-cı ildə bu küçədə tikilib. İlk parklardan biri olan Qubernator bağı 20-ci əsrin 30-cu illərində burada salınıb. İlk heykəl- Mirzə Ələkbər Sabirin heykəli 1922-ci ildə burada ucaldılıb.

1918-ci ildə Qafqaz İslam Ordusu bu küçədən daxil olaraq Bakını azad edib.

Tarix boyu adı 4 dəfə dəyişdirilən İstiqlaliyyət küçəsi Bakının genişləndiriliməsi zamanı 19-cu əsrin sonlarında salınıb. Küçə salınarkən Rusiya çarı 1-ci Nikolayın şərəfinə 1918-ci ilə qədər "Nikolayevskaya" adlandırılıb.

ADR qurulduqdan sonra "Parlament", sovet hakimiyyəti zamanında "Komministiçeskaya" küçəsi adlanırdı.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra küçə "İstiqlaliyyət" adlandırılıb. Başlanğıcını "BMT-nin 50 illiyi" küçəsindən götürən İstiqlaliyyət küçəsinin uzunluğu 1,3 km. -dir.

Olaylar.az "Belə belə işlər"-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00