Fısdıq ağaclarından yeşik hazırlayan sex aşkarlandı - FOTO

Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 kub metr həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub. Bu barədə Olaylar.az - a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, fısdıq ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 kub metr həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub.

Bu barədə Olaylar.az - a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, fısdıq ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Qeyd edək ki, fakt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd zamanı aşkarlanıb.

Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31