"Instagram"da 3 yeni funksiya gözlənilir
1 May 2018 07:04 Sosial"İnstagram" sosial şəbəkəsinin komandası yeni funksiyaların sınaqlarına başlayıb.
Bu funksiyalardan biri "İqnor" etmək funksiyasıdır. Belə ki, bu funksiya daha fəal istifadəçilərin abunəçiliyini onları dostluqdan silmədən müvəqqəti söndürəcək.
Bundan başqa, "Stories"lərdə xüsusi təqvim olacaq ki, bu funksiyada şəkillərin baxılmasını ciddi şəkildə sadələşdirəcək.
"İnstagram" istifadəçiləri slow-mo rejimində, yəni ləngidilmiş səsləndirmə effekti rejimi ilə videoların yazılması funksiyasını dəstəkləyəcək. Bu funksiya bir çox smartfonlarda standart kamera tətbiqi ilə dəstəklənmir.
Bundan öncə isə "İnstagram" istifadəçiləri öz profilindən şəkilləri və şərhləri yükləmək imkanı əldə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00