Yaz yorğunluğundan xilas olmağın yolları

Yaz aylarında insanlarda ümumi bir halsızlıq və yorğunluq olur. Bu halsızlığı aradan qaldırmağın ən gözəl yolu isə sağlam qidalanmaqdır. Çünki bu cür problemlərin altında vitamin-mineral çatışmazlığı yata bilir. 
 

Ailem.az-a  yaz yorğunluğundan qurtulmaq üçün faydalı içkilərin reseptini verir.

İmmunitet çayı:

2 stəkan su
2 xörək qaşığı ekineziya
1 çay qaşığı təzə zəncəfil
2 dilim yaşıl alma
1 çubuq darçın

Hazırlanması:

Bütün vəsaitləri qaynadın. Qaynadıqdan sonra 2-3 dəqiqə daha gözləyin və soyumağa qoyun. Süzərək isti və ya ilıq içə bilərsiniz.

Enerji verən içki - 1

1 kivi

1 stəkan kefir 
10 ədəd çiy fındıq

4-5 yarpaq təzə nanə

Bütün vəsaitləri blenderlə qarışdırıb, təzə halda için.

Enerji verən içki - 2

Yarım banan
5-6 ədəd çiy badam
1 çay qaşığı kakao
2 ədəd xurma
1 stəkan süd

Bunların hamısını blenderlə qarışdırıb təzə halda için.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31