Sosial
Günün ulduz falı: 26 may
"Boşanandan sonra müğənni oldum, 5 aya maşın aldım" - Şəbnəm Tovuzlu
Aritmiya ilə bağlı bildiyimiz yanlışlar - Kardioloq AÇIQLADI
Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv məlumat verib. Həkimin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilər.
Hansı heyvanları və harada ovlamaq olar? - SİYAHI - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2018-2019-cu illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Olaylar.az - a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ölkə ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə verib.
Bakıda sərnişinlə sürücü arasında dava - VİDEO
“BakuBus”a məxsus avtobusda dava baş verib.
“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Bilik Fondunun gördüyü çoxşaxəli işlər haqqında məlumat verib.
Tanınmış jurnalistə ağır itki - "Torpağa əmanət etdik"
Əməkdar jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib.
İftarda qazlı və soyuq suyun zərərləri
İsti yay günlərində oruclu vaxtı hamımızın ürəyi yeməkdən daha çox su istəyir, iftarda bol-bol su içməyi düşünərək orucumuza davam edirik və iftara yaxın hər suları süfrələrimizə düzürük.
Səhər oyanan kimi su içmək olarmı?
Səhər oyanan kimi su içmək çox yaxşı vərdişdir.
Dövlət İmtahan Mərkəzi: 107 şagirdin qiymətində dəyişiklik edilib
Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib.
17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Bu gün həbsdən çıxan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO
Bu gün əfv sərəncamı ilə azadlığa qovuşan Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Gülnarə Əzizova 2014-cü ildə ərini öldürməkdə təqsirli bilinərək, həbs edilib. Bu dəhşətli qətli törədən Gülnarə Əzizova 4 il həbsxanada cəza çəkib. O, 3 ildən sonra azadlığa çıxacaqdı. Amma Prezident İlham Əliyevin humanist addımı nəticəsində daha bir qadın həbsdən azad olundu.














