Sosial

Azərbaycanda yaşamaq izni alan əcnəbilərin sayı

11 İyun 2018 18:43

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

"Bu videoya baxıb dəhşətə gəldim" – Millət vəkili

11 İyun 2018 18:19

İndicə internet saytlarında Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların sistematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım. Daha doğrusu baxıb dəhşətə gəldim. Bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkələrdə yazıb.

Tənhalıq ürək-damar xəstəliklərinin səbəbidir — Alimlər açıqladı

11 İyun 2018 18:15

Dublində keçirilən “EuroHeartCare” konqresində çıxış edən alimlər maraqlı məqama toxunublar.

Bakı-Şamaxı yolunda sürüşmə aktivləşdi

11 İyun 2018 18:08

“İsmayıllı rayonunun Müdrisə kəndində iki ayrı ərazidə sürüşmə prosesi baş verib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

“Azəriqaz” abonentlərin sayı 2 132 821-ə çatıb

11 İyun 2018 17:15

2018-ci ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 37 513 yeni abonent qeydiyyata alınıb.

Peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək

11 İyun 2018 17:10

Cari ilin iyununda ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulur.

“Uğurlu karyeraya aparan yol və düzgün ixtisas seçimi”

11 İyun 2018 17:08

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun "İl boyu bilik" proqramı çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Ali məktəblərin maliyyə-bank işi və iqtisadiyyat ixtisaslarında təhsil almaq istəyən abituriyentlər üçün təşkil olunan tədbirdə Azərbaycan Sənaye Bankı Dərnəgül filialının müdir müavini Xatirə Əlişova “Uğurlu karyeraya aparan yol və düzgün ixtisas seçimi” mövzusunda mühazirə ilə çıxış edib.

Bakıda son 15 ilin ən soyuq iyun ayı

11 İyun 2018 16:52

Bakıda son 15 ildə ilk dəfə olaraq cari ilin iyun ayında bu ay üçün ən aşağı olan temperatur qeydə alınıb.

Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb

11 İyun 2018 16:49

Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Uşağı döyən müəllim qovuldu, bağça bağlandı - Video

11 İyun 2018 16:31

Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb. Bağçadan verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.

Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu

11 İyun 2018 16:13

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə “Çin dili körpüsü” adlı XI beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.

Bölgələrdə Səyyar ASAN xidmət

11 İyun 2018 16:12

Olaylar.az bildirir ki, Səyyar ASAN xidmət 14 iyun Ağcabədi şəhərində, 22 iyun Salyan şəhərində, 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 30 may –13iyun Mərdəkan qəsəbəsində, 13 iyun Göytəpə şəhərində, 14 iyun Aşağı Ağcakənd qəsəbəsində, 3 iyul Qax şəhərində, 11 – 20 iyun Pirəkəşkül qəsəbəsində, 12 – 21 iyun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyi beynəlxalq əlaqələrini genişləndirir

11 İyun 2018 16:01

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və qida sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələrindən ibarət işçi qurup Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə nümayəndəsi xanım Nadej Lebusk ilə Brüsseldə görüş keçirib.