Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə “Çin dili körpüsü” adlı XI beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.

Azərbaycan Dillər Universitetinin  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə "Çin dili körpüsü" adlı XI beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib.

Olaylar.az bildirir ki, müsabiqə "Çin dilini öyrən - yeni dünyanı kəşf et" devizi altında məktəblilər arasında baş tutub. Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası - Konfutsi İnstitutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil olunub. Müsabiqədə müxtəlif orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri iştirak ediblər. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin Çin Konsulluğu Şöbəsinin müdiri cənab Sun Fuzhong bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayaraq, müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkəmizdə Çin dilinin tədrisinin perspektivlərindən, Çinin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı, eləcə də respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan çinli tələbələrin sayının artmasından, hər iki ölkənin hökumətləri tərəfindən qarşılıqlı təqaüdlərin verilməsindən danışıb.

Məktəblilərin çıxışları ADU və Konfutsi İnstitutunun professorları və müəllimlərinin, Çin səfirliyinin Azərbaycandakı

nümayəndələrinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31