"Bu videoya baxıb dəhşətə gəldim" – Millət vəkili

İndicə internet saytlarında Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların sistematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım. Daha doğrusu baxıb dəhşətə gəldim. Bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkələrdə yazıb.

İndicə internet saytlarında Bakıdakı "Kids Studio" özəl uşaq bağçasında körpə uşaqların sistematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım. Daha doğrusu baxıb dəhşətə gəldim.

Bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkələrdə yazıb.

Millət vəkili aidiyyatı qurumları məsələni araşdırmağa çağırıb:

"Uşaqların döyülməsindən də dəhşətlisi odur ki, bağça müdiriyyəti işçini təmizə çıxarır və lentin yayılmasından narazıdır. Mən müvafiq orqanlardan baş verənlərə və müdiriyyərin məsuliyyətinə hüquqi qiymət verməyə çağırıram".

Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio" bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb. Sözügedən videonun yayılmasından dərhal sonra bağça fəaliyyətini dayandırıb və uşaqları döyən müəllim də işdən azad edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31