Sosial

Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət

16 Yanvar 2019 17:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükələ yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar Dövlət Dəniz Adminstrasiyasına, Neft Şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər.

AQTA dabaq xəstəliyi ilə bağlı xəbərdarlıq edib

16 Yanvar 2019 16:43

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. “OLAYLAR”a Agentlikdən daxil olan məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınmışdır.

Ötən il pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

16 Yanvar 2019 16:23

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğısı, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan Fərman və Sərəncamlar nəticəsində 2018-ci ildə də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib.

Nazirin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

16 Yanvar 2019 16:03

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir 24.01.2019-cu il tarixində saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Universitetdə imtahanlar ictimai nəzarət altında keçirilir

16 Yanvar 2019 15:50

Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib. İctimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Eksternat imtahanları başa çatıb

16 Yanvar 2019 15:48

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların müsahibə mərhələsi başa çatıb. “OLAYLAR” xəbər verir ki, imtahanda komissiya üzvləri tərəfindən müsahibələr aparılıb. Müsahibə zamanı 10 şagirdin bilik və bacarıqları yoxlanılaraq müvafiq rəy verilib.