Sosial

Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir

16 Yanvar 2019 14:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkəmizin ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə məlumat verir.

Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ

16 Yanvar 2019 14:20

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmr imzalayıb.