Diş məcununuzu özünüz hazırlayın - Sarıkök, qabartma tozu...

Marketlərdə satılan diş məcunlarının tərkibində kimyəvi maddələrin olması xəbərləri sizi narahat edir? 

Təlaşa düşməyin. Çünki diş məcununuzu evdə olan təbii vasitələrdən özünüz də hazırlaya bilərsiniz. 

Diş təmizliyi sağlamlığımız üçün çok vacibdir. Burda diş firçası və diş məcununun seçimi də əhəmiyyətli rol oynayır. 

Medicina.az sizə ev şəraitində təbii vasitələrdən diş məcunu hazırlamaq üsullarını təqdim edir: 

Tələb olunan vasitələr: 

1 çay qaşığı sarıkök tozu

1 xörək qaşığı qabartma tozu

Az miqdarda hind qozu yağı 

OXU: Narkotik və zəhərə bərabər diş məcunları haqqında gizli informasiya - Özümüzü və ailəmizi könüllü məhv edirik

Hazırlanması:

Sarıkök və qabartma tozunu bir qaba tökün və məcun qatlığına gələnə qədər hind qozu yağı əlavə edərək qarışdırın.

Beləliklə də məcun istifadəyə hazırdır! 

Sarıkökdən hazırlanmış diş məcununun faydaları

Bu reseptin tərkibində olanlar dişlər üçün çox faydalıdır.

Sarıkök dişlərin ağardılmasında istifadə edilir. Bu zaman dişlər həm də parıldayır və üzərində ərp yığılmasının qarşısı alınır. Çünki sarıkök iltihab və mikrob əleyhinə xüsusiyyətə malikdir.

Hind qozu yağı dişləri və diş ətlərini güçləndirir, diş çürüməsinin qarşısını alır.

Məcunun tərkibində olan qabartma tozu isə dişləri ovaraq ərpdən və qida qalıqlarından təmizləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31