Nazirin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir 24.01.2019-cu il tarixində saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, nazir 24.01.2019-cu il tarixində saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31