Sosial

Dəhşət! Timsah sahibini yedi

16 Yanvar 2019 21:46

“Azərsu” ASC- də 20 yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib ________________________________________

16 Yanvar 2019 18:22

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 yanvar - Ümumxalq Hüzn Günü münasibəti ilə anım mərasimi keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən bildirilib ki, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov deyib ki, 20 yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 600-dən çox insan yaralanıb. 27 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

16 Yanvar 2019 18:17

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.