Dövlət əmlakına bilərəkdən ziyan vurulur - VİDEO
17 Yanvar 2019 00:24 SosialGünü-gündən Vətənimizin hər güşəsində abadlıq işlərinin aparılması o cümlədən doğma Bakımızda aparılan abadlıq işləri göz oxşayır. Bakımız çox qısa bir zaman kəsiyində xeyli abadlaşıb. Doğrudur hələ görülməli işlər qarşıda çoxdur. Bu baxımdan dövlət tərəfindən aparılan işlər də göz qabağında. Lakin elə hallar olur ki, insan söz belə tapa bilmir. Bunu bu gün sosial şəbəkədə Cavid İsmayıl paylaşıb. Cəmiyyətimizdə elə insanlar var ki, min bir əzab, əziyyət hesabına, səngərdə yatan əsgərin hesabına, insanlarımızınçalışaraq dövlət büdcəsinə ödənilən vergilər hesabına ətrafımızda qurulan, abadlaşan nəvar sa eləbilin qənim kəsiliblər. Mən hər zaman belələrini, Vətənə, xalqa xəyanət, Heydər Əliyev prinsiplərinə xəyanət, cənab prezident İlham Əliyevin bir başa siyasətinə xəyanət kimi qiymətləndirirəm. Dəyərli dostlar! Təqribən bir neçə saat əvvəl, nəqliyyat vasitəmlə Azadlıq prospekti ilə, (Hənifə Ələskərov kəsişməsi ) hərəkət edərkən Koroğlu bağına çatmamış yolun solunda böyük bir nəqliyyat vasitəsinin (99BK330) durduğunu və böyük bir tırtırlı ekskovatorun yolun solunda söküntü işi gedən hissədən qranit bardurlar üstündən asfalt yolun üzərinə çıxaraq manevra etdiyini sonra həmin böyükk nəqliyyat vasitəsinin üzərinə çıxarıldığını gördüm və dəhçətə gəldim. Əlimdə telefonla çəkərək soruşdum ki, ay insan niyə belə edirsiz axı bu dövlətin, xalqın malıdır - cavab deyir biz nə edək deyillər bizdə edirik!!! Bu dəhşətdir! Buqədər xalqına, dövlətinə Vətəninə xəyanət edən insanlar aramızda haradandır! Buradan müraciət edirəm bütün KİVlərə, aidiyyəti təşkilatlara. Həmin kəsişmədə birheçə kamera var. Bu şəxslər müəyyən edilməli və cəzalanmalıdırlar. Xalqın- dövlətin malına zərər vuranlar həmin zərərəi qarşılamalıdır və barələrində dəymiş ziyana görə mütləq cinayət işi qaldırılmalıdır. Belələri anlamalıdırlar ki, bu hərəkətləri ilə Heydər Əliyev prinsiplərinə xəyanət edillər!