Sosial
Monitorinq başa çatdı - “Quş qripi” aşkar edilməyib
“Quş qripi” xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb. Monitorinq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Qanlı Yanvar tarixi metropolitendə qeyd ediləcək
“Bakı Metropoliteni” QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqlənərək həyata keçirilir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yanvar ayının 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir.
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Yanvarın 18-da Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev 20 Yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. Sədr müavini şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, gələcək nəsillərin də onları böyük ehtiramla xatırlayacaqlarını qeyd edib.
Dini Komitədə Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib. “OLAYLAR”-a Dövlət Komitəsindən daxil olan məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində bir milyon nəfərdən yuxarı insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini və gücünü bütün dünyaya göstərdi. O, həmin çətin zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təhdid və təzyiqlərə baxmayaraq bütün dövlətlərin və dinlərin başçılarına göndərdiyi müraciətləri xatırladıb.
Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 18-də İmişli rayonunda vətəndaşları qəbul edib. Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, qəbulda İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar iştirak ediblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.
Tarixi Muzeyində 20 yanvar faciəsinin şəhidləri anıldı
AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş "İstiqlalımızın ilk qərənfilləri" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 yanvar hadisələrinin şahidi Akif Nəsirov, Ombudsman Təşkilatının Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin və 7 saylı tam orta məktəbin şagirdləri, KİV nümayəndələri iştirak ediblər.
Müasir tariximizin şərəf və qəhrəmanlıq səhifəsi
Dünən Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirdi ki, müasir tariximizə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda, xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi: “1990-cı ilin 19-20 yanvar tarixlərində totalitar Sovet rejiminin süqutu ərəfəsində dinc əhaliyə qarşı tutduğu divan, yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi və yaralanması ilə nəticələnən hadisələr imperiyanın cinayətkar mahiyyətini bütün dünyaya bəyan etdi. Faciə günü ölkəsinin azadlığı, şərəf və ləyaqəti üçün canından keçməyə hazır olan Azərbaycan övladları təpədən dırnağadək silahlanmış Sovet ordusunun cəza tədbirlərinə məhəl qoymadan pozulmuş hüquqların və suverenliyin bərpası uğrunda şəhidlik zirvəsinə ucaldılar. Beləcə, 20 Yanvar ölkənin müstəqillik və azadlıq mübarizəsində xalqın birlik, qəhrəmanlıq salnaməsinə çevrildi”.
2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edildi
Türkiyə Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı bakalavriat, magistratura, doktorantura səviyyələrini əhatə edir.
20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov “OLAYLAR”-a bildirib ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan sədr onun tarixi hadisə kimi önəmini vurğulayıb. Sədr, 20 Yanvar hadisələrinə siyasi qiymətin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib.
Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib.“Olaylar”ın məlumatına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən konfransı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb.Yaqub Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib. İnstitutun direktoru bildirib: “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.


.jpg)
.jpg)
.jpg)






.jpg)
.jpg)
.jpg)
